Azərbaycan Respublikası Ali Məhkəməsi

Kərimov Fərhad Abdulkərim oğlu

Ali Məhkəmənin hakimi

 

Kərimov Fərhad Abdulkərim oğlu

 
Ümumi məlumat
5  fevral 1957 Kərimov Fərhad Abdulkərim  oğlu 05  fevral 1957-ci ildə Zərdab rayonu Şəftəxal kəndində anadan olmuşdur.
Təhsili
1980-1986 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1986-cı ildə bitirib. 
İş təcrübəsi
1973-1975 Bakı şəhəri 21 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsində fəhlə;
1975-1977 Hərbi xidmətdə olmuşdur.
1977-1988 Bakı şəhəri 21 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsində fəhlə, briqadir;
1988-1992 “Azərməişət xüsusi tikinti birliyində” hüquq məsləhətçisi, birinci dərəcəli hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi;
1992 1992-ci ilin mart ayından iyun ayınadək Mehriban istehsalat birliyində hüquqşünas işləmişdir;
1992 1992-ci ilin sentyabr ayından Azərbaycan ,Respublikası Təhsil Nazirliyində hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi;
1993-2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasında məsləhətçi;
2000-2007 Azərbaycan Respublikası  Apellyasiya məhkəməsində hakim;
2007-2010 Şirvan Apellyasiya Məhkəməsində hakim;
2010 h/h 2010-cu ilin avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir;