Hacıqayıbov İmran Teymurxan oğlu 13 sentyabr 1954-cü ildə Qusar şəhərində anadan olmuşdur.
Ailəlidir, 2 övladı var.
Təhsili
1976-1982
1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirib.
İş təcrübəsi
1973-1975
Hərbi xidmətdə olmuşdur.
1976-1977
Bakı şəhəri Nəsimi rayon 51 nömrəli mənzil-istismar sahəsində texnik;
1977-1983
Bakı soyuducular zavodunun texniki nəzarət şöbəsində nəzarətçi, hüquq bürosunda hüquq məsləhətçisi, rəis əvəzi, rəis;
1983-1990
Bakı şəhəri Nərimanov rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, sosial hüquq şöbəsinin müdiri;
1990-1992
Bakı şəhər XDS İcraiyyə Komitəsində mənzil təşkilatları şöbəsində hüquq məsləhətçisi;
1992-2000
Bakı şəhər İcra Hakimiyyəti başçısı müavininin baş məsləhətçisi məsləhətçi, mənzil məsələləri şöbəsində baş məsləhətçi, müdir, mənzil sahəsinin qeydiyyatı və bölüşdürülməsi şöbəsi müdirinin birinci müavini, müdiri;
2000-2007
Bakı Hərbi məhkəməsində hakim;
2007-2008
Sumqayıt şəhər məhkəməsində hakim;
2008-2010
Şirvan Apellyasiya məhkəməsində hakim;
2010 h/h
2010-cu ilin avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir;
Ali Məhkəmənin hakimi
Hacıqayıbov İmran Teymurxan oğlu
Ümumi məlumat
Təhsili
İş təcrübəsi
<< Geri qayıt