Azərbaycan Respublikası Ali Məhkəməsi

Rzayeva Gülzar Lətif qızı

Ali Məhkəmənin hakimi

 

Rzayeva Gülzar Lətif qızı

 
Ümumi məlumat
13 yanvar 1950 Rzayeva Gülzar Lətif qızı 13 yanvar 1950-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olmuşdur.
  Ailəlidir, 1 övladı var.
Təhsili
1968-1973 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq 1973-cü ildə hüquqşünas ixtisası almışdır.
İş təcrübəsi
1973-1977 Azərbaycan SSR Vəkillər Kollegiyasının üzvü-Bakı şəhəri 1 nömrəli hüquq məsləhətxanasının vəkili vəzifəsində işləmişdir.
1977-1981 Bakı şəhəri Əzizbayov rayonu prokuror köməkçisi vəzifəsində işləmişdir.
1981-1985 Əzizbəyov rayon məhkəməsinin xalq hakimi, 1985-1987-ci illərdə isə həmin  məhkəmənin sədri vəzifəsində  işləmişdir.
1987-2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir.
2000-2005 Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin sədri vəzifəsində işləmişdir.
2005-2010 Səbail rayon məhkəməsinin sədri vəzifəsində işləmişdir.  
2010 h/h 2010-cu ilin avqust ayının 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyir.