Azərbaycan Respublikası Ali Məhkəməsi

Əliyev Fərhad Kazım oğlu

Ali Məhkəmənin hakimi

 

Əliyev Fərhad Kazım oğlu

 
Ümumi məlumat
16 dekabr 1954 Əliyev Fərhad Kazım oğlu 16 dekabr 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
  Ailəlidir, 4 övladı var.
1994 Silahlı Qüvvələrin üçüncü il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif olunmuşdur.
1997 Silahlı Qüvvələrin altıncı il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif  olunmuşdur.
  Qarabağ müharibəsi veteranıdır.
  Ədliyyə Polkovnikidir.
Təhsili
1973-1978 1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin universiteti bitirmişdir.
İş təcrübəsi
1972-1973 Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq məktəbi nəzdində hərbi xidmətdə olmuşdur.
1978-1982 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ETMEİ-da krimonologiya, xətt üzrə ekspertiza şöbəsində kiçik elmi işçi;
1982-1991 Aqrarsənaye birliyində arbitraj-hüquq şöbəsində baş hüquq məsləhətçisi;
1991-1992 «RİA» assosasiyasının hüquq şöbəsinin hüquq məsləhətçisi;
1992 1992-ci ilin may ayından iyul ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi işçilərin hüquqlarının qorunması şöbəsində hüquq məsləhətçisi (zabit);
1992-1994 Azərbaycan Respublikası Hərbi Tribunalın hakimi;
1994-2000 Bakı Qarnizonu hərbi tribunalında sədr müavini;
2000 h/h 2000-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.