Azərbaycan Respublikası Ali Məhkəməsi

Qılıcov İlqar Səyyad oğlu

Ali Məhkəmənin hakimi

 

Qılıcov İlqar Səyyad oğlu

 
Ümumi məlumat
7 yanvar 1966 Qılıcov İlqar Səyyad oğlu 07 yanvar 1966-cı ildə Tovuz şəhərində anadan olmuşdur.
  Ailəlidir, 2 övladı var.
  Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
  Qarabağ müharibə veteranıdır.
Təhsili
1982-1987 1982-cü ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin institutunu bitirmişdir.
İş təcrübəsi
1986-1987 Alma-Ata qarnizonu stajor müstəntiq vəzifəsini icra edən (Alma-Ata şəhəri);
1987-1991 Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi;
1991-1992 Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq;
1992-1993 Milli Təhlükəsizlik orqanlarında istintaqa Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Millətlərarası Əlaqələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru işləmiş;
1994 1994-cü ilin yanvar ayından noyabr ayınadək Milli Təhlükəsizlik üzrə qanunların və Gömrük qanunvericiliyinin icrasına nəzarət idarəsi 1-ci şöbənin prokuroru, rəisi;
1994-1995 Sosial İqtisadi sahələrdə qanunların icrasına, hüquqi aktların qanuniliyinə nəzarət idarəsi, iqtisadi sahədə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru işləmiş;
1997-2000 Respublika Prokurorluğunda İqtisad məhkəmələri qərarlarının qanunuliyinə nəzarət şöbəsinin prokuroru işləmiş;
2000-2001 Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin rəis müavini işləmiş;
2001-2005 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2006 h/h 2006-cı ilin aprel ayının 26-dan Azərbaycan Respublikası Ali Məhkəmənin hakimidir.