Azərbaycan Respublikası Ali Məhkəməsi

Nəsirov İnqilab Maşallah oğlu

Ali Məhkəmənin hakimi

 

Nəsirov İnqilab Maşallah oğlu

 
Ümumi məlumat
3 sentyabr 1963
İnqilab Maşallah oğlu Nəsirov 03 sentyabr 1963-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur.
  Ailəlidir, 2 övladı var.
Təhsili
1986-1991 1986-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir.
İş təcrübəsi
1980-1981 26 Bakı Komissarı adına sovxozda fəhlə;
1981-1983 Hərbi xidmətdə olmuşdur.
1983-1986 26 Bakı Komissarı adına sovxozda fəhlə;
1991-1992 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil;
1992-1994 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,  Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili;
1994-1997 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil;
1997-2001 Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri;
1998-2001 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
2001-2003 Səbail rayon məhkəməsinin sədri;
2003-2004 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi;
2004-2007 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini;
2005-2007 Məhkəmə-Hüquq Şurasının üzvü;
2007-2010 Ağır Cinayətlərə Dair İşlər Üzrə  Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri;
2011 h/h 2011-ci ilin yanvar ayının 01-dən  Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi;