Azərbaycan Respublikası Ali Məhkəməsi

Hakimlərin xidməti vəsiqəsi haqqında
Hakimlərin xidməti vəsiqəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 
HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 22 iyun 1999-cu il
№ 691-IQ
 
Azərbaycan Respublikasının
22 iyun 1999-cu il tarixli 691-IQ Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Hakimlərin xidməti vəsiqəsi haqqında
 
ƏSASNAMƏ
 
1. Azərbaycan Respublikası Ali Məhkəməsi və apellyasiya instansiyası məhkəmələri hakimlərinin vəsiqəsini Azərbaycan Respublikası Milli Məclisinin sədri, digər hakimlərin vəsiqəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təqdim edir.
 
2. Hakimin səlahiyyət müddəti bitdikdə və ya onun səlahiyyətinə vaxtından əvvəl xitam verildikdə vəsiqə onu təqdim edən orqana qaytarılmalıdır.
 
3. Hakimlərin xidməti vəsiqəsi aşağıdakı kimi təsvir olunur:
 
3.1. Hakimin xidməti vəsiqəsi 100 mm x 70 mm ölçüdə tünd qırmızı rəngli möhkəm cildli kitabça şəklindədir.
 
3.2. Vəsiqənin cildinin üst tərəfində ortada basma üsulu ilə Azərbaycan Respublikası Dövlət gerbinin zərli təsviri verilmişdir. Təsvirin yuxarısında zərlə “Azərbaycan Respublikası”, altında isə "Hakimin vəsiqəsi" sözləri yazılmışdır.
 
3.3. Vəsiqənin içliyinin birinci səhifəsində:
 
a) sol tərəfdə hakimin 3x4 ölçüdə fotoşəkli üçün yer ayrılmışdır;
 
b) yuxarıda ortada "VƏSİQƏ" sözləri yazılmışdır;
 
s) sağ tərəfdə aşağıda "Vəsiqə ________ ilədək etibarlıdır” sözləri yazılmışdır.
 
3.4. Vəsiqənin içliyinin ikinci səhifəsində:
 
a) birinci sətrin altında "məhkəmənin adı", ikinci sətrin altında "soyadı, adı, atasının adı", üçüncü sətrin altında "vəzifəsi" sözləri yazılır;
 
b) səhifənin aşağısında hakimin vəsiqəsində imza atan müvafiq dövlət orqanının rəhbərinin adı göstərilir.
 
4. Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya instansiyası məhkəmələri hakimlərinin xidməti vəsiqəsinin nümunəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilir, digər məhkəmələrin hakimlərinin xidməti vəsiqəsinin nümunəsi bu Əsasnamənin 1-3-cü bəndlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.