2020-cu il yanvarın 20-də Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
1 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük proqramının ilk mərhələsi uğurla başa çatmışdır. Fəaliyyətini bitirmiş könüllülər sertifikatlarla təltif edilmişlər.
Sentyabrın 14-də Bakıda Avropa İttifaqının və Avropa Şurasının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” birgə proqramı çərçivəsində “Mülkiyyət hüququ” mövzusunda konfrans keçirilib.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyəti 2018-ci il aprelin 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.