Kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır.
Sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz
Ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun ailəyə verildiyi anlayış əsas götürülməli və bu zaman ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır.
Mülki hüquq qaydaları (o cümlədən əqdin etibarsızlığına dair normalar) tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu münasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməsindən qərəzli şəkildə boyun qaçırılması məhkəmələr tərəfindən müəyyən edilməlidir. - PDF