Azərbaycan Respublikası Ali Məhkəməsi

Xəbərlər
Ali Məhkəmədə BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib
  • 2022-ci il noyabrın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının sədri Hafiz Nəsibov ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən olan nümayəndə heyəti ilə görüşüb.

Ali Məhkəmədə CEPEJ ekspertərinin iştirakı ilə seminar öz işinə başlayıb
  • 2022-ci il 23 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Ali Məhkəməsində Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi əsasında “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində  “CEPEJ metodologiyaları və alətləri əsasında Ali Məhkəmənin işinin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilir.

Ali Məhkəmədə AŞPA-nın nümayəndə heyəti ilə görüş keçirilib
  • 2022-ci il noyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb.

Ali Məhkəmədə açıq qapı günlərinə start verildi
  • 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Ali Məhkəmənin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Ağdam Rayon Məhkəməsinin inzibati binasında Ağdam, Yevlax, Ağcabədi, Tərtər, Laçın və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşların nəzərinə
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin noyabrın 18-də saat 10:00-da Ağdam Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
  • 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Ali Məhkəmədə Zəfər Günü qeyd edilib
  • 5 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olmuşdur
  • 2022-ci il oktyabrın 31-dən noyabrın 4-dək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər etmişdir.

Ali Məhkəmədə açıq qapı günləri təşkil olunacaq
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar noyabr ayının 14-dən etibarən Ali Məhkəmənin inzibati binasında “açıq qapı” günləri təşkil ediləcək. Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməklə həftədə bir gün Ali Məhkəmənin inzibati binası, iş fəaliyyəti, eləcə də Ali Məhkəmənin kitabxana və tarix muzeyi ilə tanış ola biləcəklər.

Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Azərbaycandakı Amerika Ticarət Palatasının üzv şirkətlərinin nümayəndələrinin görüşü keçirilib
  • Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) təşkilatçılığı və üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan  “Azərbaycanda məhkəmə islahatları: aralıq nəticələr və gələcək addımlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov çıxış edib.

Ali Məhkəmənin sədri Qəbələ rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Qəbələ rayonunda Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda təşkil olunan konfransda çıxış edib
  • 2022-ci il oktyabrın 10-da Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxış edib.

Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşların nəzərinə
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin oktyabrın 14-də saat 10:00-da Qəbələ Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 58) Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətən müharibəsi şəhidlərinin xatirəsi Ali Məhkəmədə yad edilib
  • 2022-ci il sentyabrın 27-də Ali Məhkəmədə Vətən müharibəsi şəhidlərinin Anım gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev İsraildə səfərdədir
  • 2022-ci il 18-22 sentyabr tarixlərində İsrailin Tel-Əviv şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 64-cü İllik Konfransı keçirilir.

Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli, Kürdəmir  və digər bölgələrdən olan  vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinin yeni data mərkəzinə köçürülməsi ilə əlaqədar məlumat
  • Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər davam etdirilir.

    Həmin işlərin növbəti mərhələsi çərçivəsində 16 sentyabr (iş saatlarından sonra) və qeyri iş günləri olan 17 və 18 sentyabr tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində müvəqqəti dayanmalar gözlənilir.

    Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcəkdir.

    Nəzərə alınması xahiş olunur.

Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayonlarından olan vətəndaşların nəzərinə
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin sentyabrın 16-da saat 10:00-da Sabirabad Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti, 69) Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Ali Məhkəməsində Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
  • 2022-ci il 9 sentyabr tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Müraciətlərə nəzarət şöbəsinin müdir müavini Baxıt Yesimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin bağlanış mərasimində çıxış edib
  • 2022-ci il sentyabrın 7-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutmuş “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin bağlanış mərasimində çıxış edib.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Zəngilanın Ağalı kəndində təşkil olunan konfransda iştirak edib
  • 2022-ci il avqustun 24-də Zəngilan rayonunun Ağalı kəndində dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda keçirilmiş konfransda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov iştirak etmişdir.

Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinin yeni data mərkəzinə köçürülməsi ilə əlaqədar məlumat
  • Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçirildiyinə görə 5 avqust (iş saatlarından sonra) və qeyri iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar gözlənilir.

    Nəzərə alınması xahiş olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının kollektivi Şuşa şəhərinə səfər edib
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikasında 2022-ci il "Şuşa İli" elan edilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Tovuz rayonunda vətəndaşları qəbul edib
  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.