Azərbaycan Respublikası Ali Məhkəməsi

Xəbərlər
Ali Məhkəmənin sədr müavini Belarus Respublikasında səfərdə olub
  • Belarus Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Minsk şəhərində səfərdə olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
  • 2023-cü il aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

Ali Məhkəmədə Astana Beynəlxalq Məhkəməsi və Arbitraj Mərkəzinin nümayəndə heyətilə görüş keçirilib
  • 2023-cü il 3 aprel tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin və Arbitraj Mərkəzinin rəhbəri cənab Kristofer Kempbell-Holtun başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşüb.

Ali Məhkəmə Avropa Şurası ilə əməkdaşlığı davam etdirir
  • 29 mart 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Türkiyədə səfərdə olub
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

Məhkəmə icraatı səmərəliliyinin artırılması istiqamətində daha bir addım atılır
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi aşkarlıq və operativliyin təmin edilməsi, məhkəmələrin iş fəaliyyətinin təkmilləşdirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işləri davam etdirir.

Ali Məhkəmə Aparatının əməkdaşları Strasburqda tədris səfərində olublar
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ali Məhkəmənin və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti 2023-cü il 8-10 mart tarixində Fransa Respublikasının Strasburq şəhərinə səfər edib.

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
  • “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
  • “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Ali Məhkəmə işə qəbul üzrə müsabiqə elan edir
  • Azərbaycan Respublikası Ali Məhkəməsi kadr ehtiyatının yaradılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Ali Məhkəmədə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
  • Ali Məhkəmədə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Ali Məhkəmədə Süni intellektin tətbiqi ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində işlər gücləndirilir
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin keyfiyyətinin artırılması  və məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

Ali Məhkəmə süni intellektin məhkəmə sisteminə inteqrasiyası ilə bağlı əməkdaşlıq proqramına start verib
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi süni intellektin məhkəmə sisteminə inteqrasiyası və bu istiqamətdə aparılan işlərin effektivliyinin yüksəldilməsi və inkişafı məqsədilə hüquq ictimaiyyətini və vətəndaş cəmiyyətini əməkdaşlığa dəvət edir. 

Ali Məhkəmədə Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib
  • 2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.

Ali Məhkəmə və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
  • 2023-cü il fevralın 22-də Ali Məhkəmədə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma  Memorandumunun imzalanma mərasimi keçirilib.

Ali Məhkəmənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

Yüz ilin salnaməsi
  • 2023-cü ildə “Azərbaycan Respublikasının Ali Məhkəməsi: Bir Əsrlik Yol” kitabı nəfis tərtibatla çap olunmuşdur. 

    Kitab Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin müəllifliyi və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi  münasibətilə hazırlanmışdır.

Ali Məhkəmənin 100 illik yubileyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb
  • 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq ötən ilin noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
  • 2023-cü il fevralın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Baş naziri 100 illik yubileyi münasibətilə Azərbaycan Ali Məhkəməsinə təbrik məktubu ünvanlayıb
  • Hörmətli Ramiz müəllim!

    Sizi Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

    Azərbaycanın məhkəmə-hüquq sistemi böyük bir yol keçib. Bu inkişafın ötən əsrin 70-80-ci illərini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi “Qoy ədalət zəfər çalsın!” prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.

Ali Məhkəmənin sədri Şirvanda vətəndaşları qəbul edəcək
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev fevralın 17-də saat 10:00-da Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) Şirvan, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciəti
  • Hörmətli konfrans iştirakçıları!

    Sizi – Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan “Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram.

Ali Məhkəmənin kollektivi Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olmuşlar
  • 2023-cü ildə Azərbaycan Ali Məhkəməsinin fəaliyyətinin 100 ili tamam olur. Eyni zamanda Ali Məhkəmənin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağldır.

Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş futbol turnirinə yekun vurulub
  • 2023-cü il fevralın 10-da Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş futbol turniri yekunlaşıb. Turnirdə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələri və bəzi şəhər və rayon məhkəmələrindən, ümumilikdə 16 komanda iştirak edib.

     

Ali Məhkəmədə açıq qapı günləri sona çatıb
  • 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.