Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 13 dekabr tarixli Sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi, həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunmuşlar və yeni məhkəmələr 2011-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaqlar.
2010-cu il dekabrın 16-da ölkəmizdə səfərdə olan Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Gürcüstan ofisinin proqram işçisi Şalva Papuaşvili və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Azərbaycan ofisinin layihə bürosunun rəhbəri Şakir Səfərbəyov Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşmüşlər.
- Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin 12 dekabr xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev ulu öndər Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ümummilli liderin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
- Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Eynulla Fətullayevin işi ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixdə qüvvəyə minmiş 22 aprel 2010-cu il tarixli qərarı əsasında Azərbaycan Repsublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 noyabr 2010-cu il tarixdə məhkumun haqqında iki iş üzrə qəbul edilmiş qərarlar barəsində dərc edilən məqalələrdə və onun müdafiəçisi vəkil E.Sadıqovun verdiyi müsahibələrdə bilə-bilə yanlış, ictimaiyyətdə düzgün olmayan təsəvvür yaratmağa yönəldilən məlumatlar öz əksini tapmışdır. Bir sıra qəzetlərdə dərc olunmuş yazılarda Plenumun E.Fətullayevin barəsində qəbul etdiyi 11 noyabr 2010-cu il tarixli qərarla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının müddətlərinin guya artırılması, bununla da məhkumun vəziyyətinin ağırlaşdırılıması, digər tərəfdən isə Avropa Məhkəməsinin qərarına əməl olunmayaraq onun əsassız olaraq həbsdə saxlanılması göstərilmişdir.
2010-cu il noyabrın 15-17-də Azərbaycan Respublikası Prezident Administrasiyasını, Milli Məclisi, Ali Məhkəməni, Ədliyyə Nazirliyini, Fövqəladə Hallar Nazirliyini, Nəqliyyat Nazirliyini, Ombudsman Aparatını, Vəkillər Kollegiyasını, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətini və mətbuatı təmsil edən geniş tərkibdə nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyev şəhərində “İnzibati məhkəmə icraatı və inzibati hüququn tətbiqi təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
2010-cu il oktyabrın 29-da Milli Məclisə seçkilərlə əlaqədar ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyindən müşahidə missiyasının qərargah rəisi Yevgeniy Slobodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşmüşdür.
- Bakı, 25 sentyabr (AzərTAc). Milli Məclisə seçkilərlə əlaqədar sentyabrın 25-də Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə beynəlxalq konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Venesiya Komissiyasının nümayəndələrini salamlamış və bildirmişdir ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, eyni zamanda, vətəndaşların dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavillərin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir.
Bakı, 25 avqust (AzərTAc). Avqustun 25-də Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar işini Ali Məhkəmənin (AM) inzibati binasında davam etdirmişdir.
2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Ali Məhkəmənin bir qrup hakimi təntənəli təqaüdə yola salınmışdır.
Mərasimi giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd etmişdir ki, təqaüdə yola salınan hakimlər həm sovet dönəmində, həm də müstəqillik dövründə fəaliyyət göstəriblər. Onların hər biri ulu öndər Heydər Əliyevin təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunublar.
2010-cu il mayın 17-də Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsindən və tətbiqindən, Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən danışmışdır.
Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
2010-cu il aprelin 28-də ölkəmizdə səfərdə olan Brigitte Allemandın sədrliyi ilə fəaliyyət göstərən UFE-nin bir qrup nümayəndəsi Carole Malet Soldavininın təşkilatçılığı və Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın müşayiəti ilə Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, məhkəmə iclas zallarının şəraiti ilə tanış olmuşlar. Fransalı xanımlar bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
2010-cu il aprelin 28-də Bakıda Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” II beynəlxalq konfransının bir qrup nümayəndəsi Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
2010-cu il aprelin 27-də Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlərarası qrupun (GREGO) nümayəndələri Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və birinci instansiya məhkəməsinin hakimləri ilə görüşmüşlər. Görüşdə beynəlxalq hüquq normalarının və dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq müqavilələrin, xüsusilə korrupsiya ilə mübarizə haqqında Avropa Konvensiyasının milli məhkəmə icraatında tətbiqi məsələləri müzakirə olunmuşdur.
- 2010-cu il aprelin 16-da ölkəmizdə səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri ilə Ali Məhkəmədə görüş keçirilmişdir.Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının sədri Şəlalə Məmmədova qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycanda əqli mülkiyyətin mühafizəsi və müdafiəsi sahəsində milli strategiyanın işlənib hazırlanmasına Ali Məhkəmənin hakimləri də öz töhvəsini verməyə hazırdır. Bunun üçün onlar vaxtaşırı aktual təkliflərlə çıxış edirlər. Kollegiya sədri əqli mülkiyyət məsələləri ilə bağlı 20-dən artıq qanun və qanunqüvvəli normativ aktların qəbul edildiyini qeyd etmişdir.
Martın 2-də Ali Məhkəmədə 2009-cu ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nünayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, hər il keçirilən ənənəvi mətbuat konfransının əsas məqsədi Ali Məhkəmənin bir illik fəaliyyəti barədə dolğun təsəvvür yaratmaqdan, bu haqda ictimaiyyətə daha geniş məlumat verməkdən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-dən 30-dək Fransanın Strasburq şəhərində işgüzar səfərdə olmuşlar.
2011-cu il yanvarın 17-də Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.