Azərbaycan Respublikası Ali Məhkəməsi

Xəbərlər
Litva Seimasının aparatının əməkdaşları Ali Məhkəmədə olmuşlar
  • 2010-cu il yanvarın 26-da ölkəmizdə səfərdə olan Litva Seimasının aparatının əmakdaşları- Alvidas Lukoşaitis və Yuliyus Glebovas və Yonas Çekuolis Ali Məhkəmə aparatının rəhbəri vəzifəsini icra edən Əlirza Kərimovla görüşmüşlər.

Ali məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
  • 2010-cu il yanvarın 15-də Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.                                      
    Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 yanvar hadisəsi  Azərbaycanın azadlığı  və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 

Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir
  • 2010-cu il yanvarın 14-də  ölkəmizdə səfərdə olan Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru Mattias Vekkerlinq və fondun Proqram rəhbəri Britta Şvartz Ali Məhkəmənin sədri Ramiz Rzayevlə  görüşmüşlər. 

Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn ilə görüş
  • 2009-cu il dekabrın 14-də  Niderland Krallığının  ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn Ali Məhkəmənin sədri  Ramiz Rzayevlə görüşmüşdür.
     Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən  Ali Məhkəmənin sədri qeyd etmişdir ki,  Azərbaycanda Avropa  kontinental məhkəmə sistemi tətbiq olunur. 

Avropa Şurası Nazirlər Komitəsinin “AQO” Monitorinq qrupu Ali Məhkəmənin sədri ilə görüşmüşlər
  • 2009-cu il noyabrın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “AQO” Monitorinq qrupunun nümayəndələri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
     
    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Norveç Ədliyyə Nazirliyinin Baş katibi Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  • 2009-cu il noyabrın 24-də ölkəmizdə səfərdə olan Norveç Ədliyyə Nazirliyinin Baş katibi Morten Ruudin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Azərbaycanda Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir.
Moldova Respublikasının Ədliyyə naziri Aleksandr Tenasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2009-cu il noyabrın 17-də  Azərbaycan  Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan  Moldova Respublikasının Ədliyyə naziri Aleksandr Tenasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

İnsan alverinə qarşı regionlar arası seminar
  • 9-11 noyabr  2009-ci il tarixlərdə Türkmənistan Respublikası paytaxtı  Aşxabad şəhərində insan alveri ilə mübarizədə prokurorluq, məhkəmə və hüquqmühafizə orqanları arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi üzrə ikinci regionlar arası işçi seminarı keçirilmişdir. Seminar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndəliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilmişdir.

İstanbulda Beynəlxalq Məhkəmə İdarəçiliyi Layihəsi üzrə konfrans keçirilmişdir
  • 2009-cu il noyabrın 2-4-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Məhkəmə hakimiyyəti və məhkəmə orqanlarının idarə edilməsinə həsr olunmuş dördüncü Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Ali Məhkəmə Aparatının rəhbəri vəzifəsini icra edən Əlirza Kərimov da iştirak etmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş
  • 2009-cu il oktyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Ali Məhkəmənin ATƏT-lə, xüsusilə Avropa İnsan Haqları məhkəməsi ilə işgüzar əlaqələrini  qeyd etmişdir. 

Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2009-cu il oktyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Tətbiqi Görüşündə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev iştirak etmişdir
  • 28-30 sentyabr 2009-cu il tarixlərdə Polşanın Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Tətbiqi Görüşündə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev iştirak etmişdir.  
    Insan Ölçüsü Tətbiqi Görüşləri ATƏT-in üzv-dövlətlərinin insan ölçüləri sahəsində üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məsələsinə baxılması, bu öhdəliklərə riayyət olunmasına nail olma yollarının müzakirəsi məqsədi ilə keçirilir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yeni inzibati binasında olmuşdur
  • Türkdilli ölkələrin Parlament Assambleyasının sammitində iştirak etmək üçün Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə (TBMM)  Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasında olmuşdur.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya Königsmann ilə görüş
  • 2009-cu il iyulun 9-da Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya Königsmann Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

Ali Məhkəmənin sədri Almaniyada səfərdə olmuşdur
  • Ali Məhkəmənin sədri Ramiz Rzayev iyunun 9-10-da Berlində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir-əməkdaşlığın imkanları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.

Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2009-cu il mayın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

    Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanla Türkiyə arasında qədim tarixi ənənələrə malik əlaqələrin mövcud olduğunu, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir
  • Mayın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilmişdir.
    Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
    Mərasimə toplaşan dövlət və hökumət rəsmiləri, xarici qonaqlar, diplomatik korpusun və hüquq mühafizə orqanlarının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Respublikası Ali Məhkəməsində 2008-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir
  • 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsində 2008-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir.
    Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, görüşün əsas məqsədi Ali Məhkəmənin 2008-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.
Bakıda «Grand Hotel Europe» mehmanxanasında «Beynəlxalq kommersiya arbitrajında işlərin görülməsi üzrə praktiki məsələlər» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
  • 2009-cu il fevralın 11-13-də Bakıda «Grand Hotel Europe» mehmanxanasında Stokholm Ticarət Palatası Baker & McKenzie şirkəti ilə birlikdə Beynəlxalq Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə «Beynəlxalq kommersiya arbitrajında işlərin görülməsi üzrə praktiki məsələlər» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. Bu praktiki kurs tədris edilən iş əsasında səhnələşdirilmiş arbitrac prosesləri çərçivəsində həm mühazirə, həm də qrup çalışmalarını özündə əks etdirmişdir.

Ali Məhkəmənin sədri Avropa İnsan Hüquqları Məhkəməsinin 50 illik yubileyinə həsr olunmuş seminarda iştirak etmişdir
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2009-cu il yanvarın 30-da Avropa İnsan Hüquqları Məhkəməsinin Strasburqda keçirilən 50 illik yubiley mərasiminə həsr olunmuş seminarda iştirak etmişdir.

    Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin keçdiyi 50 illik yola nəzər salınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərlə bağlı geniş diskusiyalar və müzakirələr aparılmışdır.

Ali Məhkəmədə görüş
  • 2009-cu il yanvarın 26-da SCAD-5 proqramının 2-ci komponenti (Hüquqi Yardım) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa İttifaqının eksperti Andrey Vells Ali Məhkəmədə cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri Hacıbala Sadıqov və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M.Lebedevin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Ümumrusiya hakimlərinin VII qurultayında iştirak etmişdir.
  • Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M.Lebedevin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2008-ci il dekabrın 2-dən 4-dək Moskva şəhərində keçirilən Ümumrusiya hakimlərinin VII qurultayında iştirak etmişdir.

Azərbaycan Respublikasının ədliyyə və məhkəmə işçilərinə
  • Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi vardır. Əsası Azərbaycan Demokratik Respublikası dövründə qoyulan bu tarix özündə xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirir. 1918-ci il noyabrın 14-də demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə sahəsində və məhkəmə idarəçiliyində bir sıra qərarlar qəbul edilmiş, qanunlar hazırlanmışdır.

Fransanın Strasburq şəhərində Avropa Hakimlərinin Konsultativ Şurasının 9-cu qurultayı keçirilmişdir
  • 12-14 noyabr 2008-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Hakimlərinin Konsultativ Şurasının 9-cu qurultayı keçirilmişdir. Qurultayda Avropa Şurasının üzvü olan ölkələrin yuxarı instansiya məhkəmələrinin hakimləri iştirak etmişlər. Azərbaycan Respublikasını həmin qurultayda Ali Məhkəmənin hakimi T.A.Qoldman təmsil etmişdir.

Prezident seçkisi ilə bağlı MDB-dən müşahidə missiyasının rəhbəri Yevqeniy Slabodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
  • Oktyabrın 6-da Prezident seçkisi ilə bağlı ölkəmizdə səfərdə olan MDB-dən müşahidə missiyasının rəhbəri Yevqeniy Slabodanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.