2023-ci il yanvarın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Hakimlər insan hüquqlarının müdafiəsi vasitəsilə demokratiyanı qoruyur” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yanvarın 13-də saat 10:00-da Yevlax Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Yevlax rayonu, C.Cabbarlı küçəsi, 9) Yevlax, Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər mətbuatda və sosial şəbəkələrdə yayılmış, eləcə də mötəbər tribunalardan səsləndirilmiş ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını, həmçinin məhkəmə sistemini nüfuzdan salmağa yönələn, hakimlər barədə qərəzli bəyanatlarla bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verən, habelə qanunla onun səlahiyyətlərinə aid edilmiş digər vəzifələri həyata keçirən ali məhkəmə orqanıdır.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin dekabrın 16-da saat 10:00-da Qusar Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Qusar şəhəri, Füzuli küçəsi, 5) Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
2022-ci il 29 noyabr – 1 dekabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Moskva şəhərində Hakimlərin X Ümumrusiya Qurultayı və Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir.
2023-cü il 6 fevral tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təqdim etmə mərasimi keçirilmişdir.