Son illər ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılmış islahatların nəticəsi olaraq tamamilə yeni və bütün beynəlxalq tələblərə cavab verən məhkəmə sistemi yaradılmışdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında müsbət dəyərləndirilərək digər ölkələr üçün nümunə kimi göstərilmişdir.
Sentyabrın 7-də Ali Məhkəmədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların dinləyiciləri ilə görüş olmuşdur.
Ali Məhkəmənin sədri Ramiz Rzayev “Seçki hüquqlarının məhkəmə müdafiəsi. Mübahisələrin məhkəmə aidiyyəti və onların həlli qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
17 fevral 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.