- 2009-cu il mayın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanla Türkiyə arasında qədim tarixi ənənələrə malik əlaqələrin mövcud olduğunu, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.
- Mayın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilmişdir.Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.Mərasimə toplaşan dövlət və hökumət rəsmiləri, xarici qonaqlar, diplomatik korpusun və hüquq mühafizə orqanlarının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
2011-ci il martın 18-də ölkəmizdə səfərdə olan Mərakeşin Ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.