7 aprel 2017-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. Plenumda 2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsadətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi üzrə nəticələri müzakirə edilmişdir.
6 fevral 2015-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
2014-cü il dekabrın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.
Plenumda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Məhkəmə - Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında qərar qəbul edilmişdir.
30 sentyabr 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. Ali Məhkəmənin sərdi Plenum iclasını açaraq bildirmişdir ki, cari ildə ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Ali Məhkəmənin sədri qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
18 yanvar 2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.