Azərbaycan Respublikası Ali Məhkəməsi

Plenum iclasları
Ali Məhkəmənin Plenumu 21.02.2014
  • 21 fevral 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
    Plenumda “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə edilimişdir.
Ali Məhkəmənin Plenumu 24.01.2014
  • 24 yanvar 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. 

Ali Məhkəmənin Plenumu 15.11.2013
  • 15 noyabr 2013-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki,  rerspublikamızda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artmışdır. 
Ali Məhkəmənin Plenumu 11.10.2013
  • 2013-cü il oktyabrın 11-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.
    Plenumu giriş sözü ilə açan Ramiz Rzayev bildirmişdir ki, respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. 

Ali Məhkəmənin Plenumu 24.06.2013
  • 24 iyun 2013-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni münasibətlər meydana gəlmiş, ölkədə bank-kredit fəaliyyəti sahəsində işlərin sayı xeyli miqdarda çoxalmış, həmin münasibətləri nizama salan ipoteka haqqında qanunvericiliyin tətbiqi dairəsi genişlənmiş, yaranmış mübahisələrin həllində məhkəmələrin rolu artmışdır.

Ali Məhkəmənin Plenumu 22.04.2013
  • 22 aprel 2013-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
    Plenumda “Vəkillərin ixtisas komissiyasına üzv təyin edilməsi” məsələsinə baxılmışdır.
Ali Məhkəmənin Plenumu 01.02.2013
  • 01 fevral 2013-cü ildə Ramiz Rzayevin sədrliyi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. 

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2012- ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan xalqı və dövləti öz tarixinə möhtəşəm zəfərlər həkk etmişdir.
Ali Məhkəmənin Plenumu 08.11.2012
  • 8 noyabr 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi əhalinin sağlamlığının qorunmasına xüsusi önəm verilən Azərbaycan Respublikasında tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir,   dünya standartlarına uyğun qanunlar qəbul edilir.

Ali Məhkəmənin Plenumu 30.05.2012
  • Mayın 30-da Ramiz Rzayevin sədrliyii lə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı haqqında Əsasnamənin, Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin döş nişanının təsvirinin və  Əsasnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xatirə  medalının təsvirinin və Əsasnaməsinin təsdiq edilməsi  barədə müvafiq  qərarlar qəbul edilmişdir.

Ali Məhkəmənin Plenumu 17.02.2012
  • 17 fevral 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. 

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2011- ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bu hadisələrin ən önəmlisi dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli qeyd edilməsi  olmuşdur. Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir. 
Ali Məhkəmənin Plenumu 28.10.2011
  • Oktyabrın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilən Azərbaycan Respublikasında son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılmış, bu sahənin fəaliyyətini tənzimləyən Milli Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir

Ali Məhkəmənin Plenumu 01.07.2011
  • Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2011-ci il  tarixli 136-IVQD saylı  qanunu ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 437-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir. 

Ali Məhkəmənin Plenumu 28.06.2011
  • 2011-ci il iyunun 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 
    Plenumda konkret mülki və cinayət işlərinə baxılmışdır. 
    Plenum baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

Ali Məhkəmənin Plenumu 31.03.2011
  • Martın 31-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 

    Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, digər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. 

Ali Məhkəmənin Plenumu 04.03.2011
  • 4 mart 2011-ci  ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin  qanunsuz dövriyyəsi və narkomanlıqla  mübarizə sahəsində  ölkəmizdə  dövlət siyasətinin strateji  istiqamətləri müəyyən olunmuş,  bu məqsədlə bir sıra təşkilati-hüquqi  və  əməli  tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə  Dövlət Komissiyası yaradılmış, bu ağrılı bəlaya qarşı mübarizə ümumdövlət  vəzifəsi hesab edilmişdir.

Ali Məhkəmənin Plenumu 18.01.2011
  • 18 yanvar  2011-ci ildə  Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq bildirmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Sərəncamları ilə Ali Məhkəmənin Kollegiya sədrləri və Kollegiyalara yeni hakimlər təyin olunmuşdur

Ali Məhkəməsinin Plenumu 11.11.2010
  •  11 noyabr 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbədənkənar Plenumu keçirilmişdir.

    Ali  Məhkəmənin sədri Plenum iclasını giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar və cəmiyyətimizin dinamik inkişafı nəticəsində  təbii ki, məhkəmələrin də iş həcmi  artmış, məhkəmə fəaliyyətinin  daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

Ali Məhkəmənin Plenumu 08.10.2010
  • Bakı, 8 oktyabr (AzərTAc). Oktyabrın 8-də Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 
    Ali Məhkəmənin sədri iclası açaraq bildirmişdir ki, respublikamız Avropaya inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmiş, hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr əldə etmişdir. 

Ali Məhkəmənin Plenumu 09.07.2010
  • 09 iyul 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti   Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq qanunun  aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın   təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.

Ali Məhkəmənin Plenumu 02.06.2010
  • 2 iyun 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır. 

Ali Məhkəmənin Plenumu 30.04.2010
  • 30 aprel  2010-cu ildə  Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq bildirmişdir ki, cari ildə  ölkəmizdə bütün sahələri əhatə edən  inkişaf  məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir

Ali Məhkəmənin Plenumu 25.01.2010
  • 25 yanvar  2010-cu ildə  Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq bildirmişdir ki, ötən il  ölkəmizdə bütün sahələri əhatə edən  inkişaf  məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir.
Ali Məhkəmənin Plenumu 03.11.2009
  • 2009-cu il noyabrın 3-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
     
    Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarının icrası ilə əlaqədar məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır
Ali Məhkəmənin Plenumu 29.10.2009
  • 29 oktyabr 2009-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti  Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində  görülən işlərdən danışmışdır. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Uşaq ili elan olunması ölkəmizdə uşaqlara qayğının artırılması üçün geniş imkanlar açmışdır.

Ali Məhkəmənin Plenumu 03.11.2008
  • 2008-ci il noyabrın 3-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Plenumu giriş sözü ilə açan Ali Məhkəmənin sədri bu il oktyabrın 15-də azad, şəffaf və demokratik şəraitdə keçirilmiş Prezident seçkilərində dövlət başçısı cənab İlham Əliyevin möhtəşəm qələbəsini ədalətə, qanunçuluğa və humanizmə söykənən növbəti zəfəri kimi qiymətləndirmişdir.