Ali Məhkəmə vətəndaş məmnunluğunun artırılması, məhkəməyə əlçatanlığın təmin olunması, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşması və vətəndaşların hüquqi maarifləndirilməsi məsələlərinə xüsusi diqqət yetirir. Bu məqsədlə Ali Məhkəmənin rəsmi veb-saytının müvafiq bölməsində vətəndaşlar üçün maarifləndirici video-çarx və məlumatlar yerləşdirilir.