ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

The Supreme Court continues to cooperate with the Council of Europe

07.03.2023, 12:29

Ali Məhkəmədə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.  

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini Çingiz Əsgərov tədbirdə iştirak edən Ali Məhkəmənin qadın hakimlərini və əməkdaşlarını salamlayıb, onların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Şərqdə ilk dəfə, hətta Avropa ölkələrinin əksəriyyətindən əvvəl qadınların səsvermə hüququnu tanımış ölkə olaraq, Azərbaycanda gender bərabərliyinin istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dönəmində, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dönəmində dövlət siyasətinin əsas istiqamətlərindən olduğu, qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etdiyi bildirilib. 

Çingiz Əsgərov həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlər bu gün Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün qadınlar dövlətin bütün strukturlarında, eləcə də məhkəmə sistemində də təmsil olunurlar və məhkəmə sisteminin fəaliyyətinə öz töhfələrini verirlər. Qeyd edilib ki, son illərdə hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim adını qazananlar arasında qadınların sayında xeyli artım müşahidə olunmaqdadır. Çingiz Əsgərov bildirib ki, sonuncu dəfə bu ilin yanvar ayında təyin olunan hakimlərin təqribən 40%-ni qadınlar təşkil edirdi və bu da ölkəmizdə qadınların ictimai həyatda artan rolunun əyani sübutudur.

Ali Məhkəmə sədrinin müavini bir daha məhkəmənin qadın təmsilçilərini bayram münasibətilə təbrik edib və onlara şərəfli işlərində uğurlar arzulayıb.