Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il yanvarın 7-də keçirilən Plenumunu Ali Məhkəmənin sədri Ramiz Rzayev açaraq qeyd etmişdir ki, məhkəmə fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun təkmilləşdirilməsi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlər davam etdirilir.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya, inzibati, cinayət və mülki kollegiyalarının tərkibi yenidən təşkil edilmişdir.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının yeni tərkibi təsdiq edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti yenidən müəyyənləşdirilmişdir.