Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Bölmə: Plenum iclasları 25.05.2021 17:00
  • 2021-ci il mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilmişdir.

    Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair və kassasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə baxılması, o cümlədən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həllinə dair məhkəmə tərkiblərinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunmuş və qərar qəbul edilmişdir.

    Plenumda “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən Ali Məhkəmənin hakimləri sırasından Hakimlərin Seçki Komitəsinə namizədlərin təklif olunması ilə əlaqədar məsələ müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

    Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kərimov Səyyad Əli oğlu Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içmişdir.

    Bununla da Plenum öz işinə yekun vurmuşdur.

Baxılıb: 2440
Paylaş