Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin növbəti müzakirəsi keçirilmişdir

Bölmə: Xəbərlər 25.06.2021 15:53
  • 2021-ci 25 iyun tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.

    Tədbirdə “İnzibati məhkəmə icraatında sübutların toplanması: tərəflərin və məhkəmənin üzərinə düşən vəzifələr” mövzusu üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə və Vəkillər Kollegiyasının üzvü Sima Yagubova təqdimatla çıxış etmişlər. Daha sonra işin hallarının araşdırılması prinsipi, birinci və apelyasiya instansiyası məhkəmələrində bu prinsipin tətbiqi, sübutetmə yükü və inzibati icraatda onun bölüşdürülməsi ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Baxılıb: 1316
Paylaş