2021-ci il sentyabrın 27-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, bir il bundan əvvəl elə bu gün, yəni 27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışlar.
Bu hərbi təcavüzə cavab olaraq Azərbaycanın silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatları keçirmişdir. 44 günlük Vətən müharibəsi zəfərlə başa çatmışdır. 30 il işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində azad edilmişdir. Bu gün ölkəmizdə Anım günü keçirilir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.
Plenumda Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 may 2021-ci il tarixli, 4/2021 saylı qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilmişdir.

Plenumda həmçinin konkret işlərə baxılmışdır.