Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu haqqında məlumat

Bölmə: Plenum iclasları 19.11.2021 10:00
  • 2021-ci il noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilmişdir.

    Plenumda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi  Plenumunun qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılmışdır. 

    Qeyd olunmuşdur ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Ölkəmizdə bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.

    Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir.

    Plenumda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi  Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılmış və müvafiq qərar qəbul olunmuşdur.

    Plenumda həmçinin konkret işlərə baxılmışdır.

Baxılıb: 2180
Paylaş