“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Bölmə: Ali Məhkəmə Plenumunun qərarları24.12.2021 18:36
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununbəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
№ 12
“ 24 ” dekabr 2021-ci il Bakı şəhəri
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanı və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanunu mülki işlər üzrə məhkəmə icraatının effektivliyinin artırılmasında mühüm rol oynamışdır.
Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanununun 2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarındaaşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “30-40-6-cı fəsillərində” sözləri “ikinci bölməsinin üçüncü yarımbölməsində” sözləri ilə əvəz edilsin;
1.2. 1.6-cı bəndin birinci cümləsində “310-cu” sözləri “310.1-ci” sözləri ilə əvəz edilsin;
1.3. 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”;
1.4. Aşağıdakı redaksiyada 12.1-ci və 12.2-ci bəndlər əlavə edilsin:
“12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir.”.
2.“Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.4-cü bəndin redaksiyasında “cinayət məhkəmə icraatında” sözlərindən sonra “isə” sözü çıxarılsın.
2.2. 2.4-cü, 3.1-ci və 9.1-ci bəndlərdə “mülki” sözündən sonra “işlər və kommersiya mübahisələri üzrə” sözləri əlavə edilsin;
2.3. 5.3-cü bənddə “Bütün məhkəmə tərkibinə” sözləri “Məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilsin;
2.4. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər.”;
2.5. Aşağıdakı redaksiyada 5.5-ci bənd əlavə edilsin:
“5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.”;
2.6. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
7.2. Eyni ilə apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə və iş icraatında olan sonuncu məhkəmə tərkibinin hakimlərinə etiraz verilmişsə (özləri-özlərinə etiraz etmişlərsə) etiraza baxılması, təmin edildiyi halda isə başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.”;
2.7. 8-ci bəndinin ikinci cümləsində “mülki” sözündən sonra “və ya kommersiya mübahisəsi üzrə” sözləri əlavə edilsin;
2.8. Aşağıdakı redaksiyada 9.1-1-ci bənd əlavə edilsin:
“9.1-1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası MPM-nin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikası MPM-nin 10-2-ci maddəsinin tələblərinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildiyi halda, işdə iştirak edən şəxslər etiraz etmə hüquqlarını “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirə bilərlər.”;
2.9. Aşağıdakı redaksiyada 9.3-cü bənd əlavə edilsin:
“9.3. İzah edilsin ki, işə başqa cavabdeh cəlb edildikdə, əsl olmayan tərəf əvəz olunduqda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işə qoşulduqda, Azərbaycan Respublikası MPM-nin 182.1-ci maddəsinə əsasən onlara məhkəmə tərkibi, kimin ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi kimi iştirak etmələri bildirilməli və etiraz etmək hüquqları izah olunmalıdır.”;
2.10. Aşağıdakı redaksiyada 13-cü və 14-cü bəndlər əlavə edilsin:
“13. İzah edilsin ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxan hakim həmin işə baxmağının yol verilmədiyini müəyyən etdiyi halda, özü-özünə etiraz etməlidir. Belə əsasların mövcudluğuna baxmayaraq, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxartdıqda, müvəqqəti təminat tədbiri haqqında qərardaddan verilən şikayətdə etirazın əsasları göstərilə və buna dair sübutlar təqdim edilə bilər.
14. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında birinci instansiya məhkəməsində, qərardaddan verilən şikayətə və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində, habelə qətnamə və qərardaddan verilən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxıldıqda, bu barədə işdə iştirak edən şəxslər, nümayəndələri və vəkilləri xəbərdar edilərkən, onlara həmçinin işə baxan hakim və ya məhkəmə tərkibinə daxil olan hakimlər barədə məlumat verilməlidir. Bu hallarda işə təkbaşına baxan hakimə, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimə, habelə məhkəmə tərkibinə daxil olan bütün hakimlərə etiraz verildikdə, etiraz yazılı icraat qaydasında Azərbaycan Respublikası MPM-nin 22-ci maddəsinə uyğun olaraq həll edilməli və nəticəsi barədə tərəflərə məlumat verilməlidir. Etiraz təmin edilmədiyi halda, məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə haqlıdır.”.
3.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.4-cü bənddə “iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda” sözləri “həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi” sözləri ilə əvəz edilsin;
3.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.”;
3.3. 6.2-ci və 6.5-ci bəndlərdə “normativ” sözü “hüquqi” sözü ilə əvəz edilsin;
3.4. 8.1-ci bəndin birinci cümləsində ikinci halda “qarşılıqlı iddia” sözlərindən sonra “üzrə məhkəmənin mövqeyi” sözləri əlavə edilsin;
3.5. 9.3-cü bənddə “ziyan” sözü “faiz borcu, zərər” sözləri ilə əvəz edilsin;
3.6. 11.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“11.3. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.”.
4.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarındaaşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü bənd çıxarılsın;
4.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.”;
4.3. 8-ci bənd çıxarılsın;
4.4. 9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“9. Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun.”;
4.5. 24-cü bəndə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
“Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.”.
5.“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
5.2. 13-cü bəndin dördüncü cümləsində “zəruri sənədin” sözləri “Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin” sözləri ilə əvəz edilsin;
5.3. Aşağıdakı redaksiyada 13.1-ci bənd əlavə edilsin:
“13-1. Məhkəmələr izah edilsin ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin.”;
5.4. 19-cu və 20-ci bəndlər çıxarılsın;
5.5. 21-ci bənd müvafiq olaraq 22-ci bənd hesab edilsin və aşağıdakı redaksiyada 21-ci bənd əlavə edilsin:
“21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.
6.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”;
6.2. 9.1-ci bəndin redaksiyasından “(vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVII fəsli)” sözləri çıxarılsın və ikinci halda “imtina olunması” sözlərindən sonra“, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” sözləri əlavə edilsin.
PDF Word
Azərbaycan Respublikası adından
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
№ 12
“ 24 ” dekabr 2021-ci il Bakı şəhəri
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanı və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanunu mülki işlər üzrə məhkəmə icraatının effektivliyinin artırılmasında mühüm rol oynamışdır.
Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanununun 2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “30-40-6-cı fəsillərində” sözləri “ikinci bölməsinin üçüncü yarımbölməsində” sözləri ilə əvəz edilsin;
1.2. 1.6-cı bəndin birinci cümləsində “310-cu” sözləri “310.1-ci” sözləri ilə əvəz edilsin;
1.3. 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”;
1.4. Aşağıdakı redaksiyada 12.1-ci və 12.2-ci bəndlər əlavə edilsin:
“12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir.”.
2. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.4-cü bəndin redaksiyasında “cinayət məhkəmə icraatında” sözlərindən sonra “isə” sözü çıxarılsın.
2.2. 2.4-cü, 3.1-ci və 9.1-ci bəndlərdə “mülki” sözündən sonra “işlər və kommersiya mübahisələri üzrə” sözləri əlavə edilsin;
2.3. 5.3-cü bənddə “Bütün məhkəmə tərkibinə” sözləri “Məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilsin;
2.4. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər.”;
2.5. Aşağıdakı redaksiyada 5.5-ci bənd əlavə edilsin:
“5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.”;
2.6. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
7.2. Eyni ilə apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə və iş icraatında olan sonuncu məhkəmə tərkibinin hakimlərinə etiraz verilmişsə (özləri-özlərinə etiraz etmişlərsə) etiraza baxılması, təmin edildiyi halda isə başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.”;
2.7. 8-ci bəndinin ikinci cümləsində “mülki” sözündən sonra “və ya kommersiya mübahisəsi üzrə” sözləri əlavə edilsin;
2.8. Aşağıdakı redaksiyada 9.1-1-ci bənd əlavə edilsin:
“9.1-1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası MPM-nin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikası MPM-nin 10-2-ci maddəsinin tələblərinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildiyi halda, işdə iştirak edən şəxslər etiraz etmə hüquqlarını “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirə bilərlər.”;
2.9. Aşağıdakı redaksiyada 9.3-cü bənd əlavə edilsin:
“9.3. İzah edilsin ki, işə başqa cavabdeh cəlb edildikdə, əsl olmayan tərəf əvəz olunduqda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işə qoşulduqda, Azərbaycan Respublikası MPM-nin 182.1-ci maddəsinə əsasən onlara məhkəmə tərkibi, kimin ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi kimi iştirak etmələri bildirilməli və etiraz etmək hüquqları izah olunmalıdır.”;
2.10. Aşağıdakı redaksiyada 13-cü və 14-cü bəndlər əlavə edilsin:
“13. İzah edilsin ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxan hakim həmin işə baxmağının yol verilmədiyini müəyyən etdiyi halda, özü-özünə etiraz etməlidir. Belə əsasların mövcudluğuna baxmayaraq, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxartdıqda, müvəqqəti təminat tədbiri haqqında qərardaddan verilən şikayətdə etirazın əsasları göstərilə və buna dair sübutlar təqdim edilə bilər.
14. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında birinci instansiya məhkəməsində, qərardaddan verilən şikayətə və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində, habelə qətnamə və qərardaddan verilən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxıldıqda, bu barədə işdə iştirak edən şəxslər, nümayəndələri və vəkilləri xəbərdar edilərkən, onlara həmçinin işə baxan hakim və ya məhkəmə tərkibinə daxil olan hakimlər barədə məlumat verilməlidir. Bu hallarda işə təkbaşına baxan hakimə, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimə, habelə məhkəmə tərkibinə daxil olan bütün hakimlərə etiraz verildikdə, etiraz yazılı icraat qaydasında Azərbaycan Respublikası MPM-nin 22-ci maddəsinə uyğun olaraq həll edilməli və nəticəsi barədə tərəflərə məlumat verilməlidir. Etiraz təmin edilmədiyi halda, məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə haqlıdır.”.
3. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.4-cü bənddə “iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda” sözləri “həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi” sözləri ilə əvəz edilsin;
3.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.”;
3.3. 6.2-ci və 6.5-ci bəndlərdə “normativ” sözü “hüquqi” sözü ilə əvəz edilsin;
3.4. 8.1-ci bəndin birinci cümləsində ikinci halda “qarşılıqlı iddia” sözlərindən sonra “üzrə məhkəmənin mövqeyi” sözləri əlavə edilsin;
3.5. 9.3-cü bənddə “ziyan” sözü “faiz borcu, zərər” sözləri ilə əvəz edilsin;
3.6. 11.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“11.3. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.”.
4.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü bənd çıxarılsın;
4.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.”;
4.3. 8-ci bənd çıxarılsın;
4.4. 9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“9. Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun.”;
4.5. 24-cü bəndə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
“Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.”.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
5.2. 13-cü bəndin dördüncü cümləsində “zəruri sənədin” sözləri “Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin” sözləri ilə əvəz edilsin;
5.3. Aşağıdakı redaksiyada 13.1-ci bənd əlavə edilsin:
“13-1. Məhkəmələr izah edilsin ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin.”;
5.4. 19-cu və 20-ci bəndlər çıxarılsın;
5.5. 21-ci bənd müvafiq olaraq 22-ci bənd hesab edilsin və aşağıdakı redaksiyada 21-ci bənd əlavə edilsin:
“21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”;
6.2. 9.1-ci bəndin redaksiyasından “(vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVII fəsli)” sözləri çıxarılsın və ikinci halda “imtina olunması” sözlərindən sonra“, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” sözləri əlavə edilsin.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri Ramiz Rzayev