Azərbaycan Respublikası Ali Məhkəməsi


Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 8.10.2021 00:00
  • PDF Word

    Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

    Planın təsdiq edilməsinə dair

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    QƏRARI

     

    «08» oktyabr 2021-ci il                       №  10-1/2021                                 Bakı şəhəri

     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistematik xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq

     

    Q Ə R A R A  A L D I :

     

    “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2009-cu il 3 noyabr tarixli (2021-ci il 30 aprel tarixdə edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilsin.

     

    “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2009-cu il 3 noyabr tarixli (2021-ci il 30 aprel tarixdə edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

    PLAN

    Əhatə dairəsi: Bakı şəhəri üzrə rayon məhkəmələri;

    Aparılma üsulu: Məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq oluduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulu ilə;

    Müddəti: 1 il

    Başlanma müddəti: 01 yanvar 2022;

    Bitmə müddəti: 01 yanvar 2023;

     

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin sədri                                                                    Ramiz Rzayev

Baxılıb: 999
Paylaş