Azərbaycan Respublikası Ali Məhkəməsi


“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 24.12.2021 00:00
  • PDF Word

    “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q  Ə  R  A  R  I

    “24” dekabr 2021-ci il                         № 14                                        Bakı şəhəri

    Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı və  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanına uyğun olaraq yeni mərhələyə keçən məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericliyinə, o cümlədən Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə cinayət-hüquqi normaların tətbiqi üzrə məhkəmə təcrübəsinə həsr olunmuş bir sıra Plenum qərarları da yenilənmişdir.

    Təcrübədə cinayət-hüquqi normaların eyni cür və düzgün tətbiq edilməsini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, məhkəmələrdən, prokurorluqdan, cinayət təqibini həyata keçirən digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.

    Qeyd olunanlara əsasən, cinayət-hüquqi normaların tətbiqində məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

    Q Ə R A R A   A L D I :

    1. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

    6-cı bəndin 3-cü abzasından “(o cümlədən ehtiyatsızlıqdan ölümlə nəticələnmiş)” sözləri çıxarılsın, həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda əməl cinayətlərin məcmusu kimi CM-in 126.3 və 182.3.3-cü maddələri ilə tövsif olunmalıdır.”.

    2. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında aşağıdakı dəyişiklik edilsin:

    “40-cı bəndin sonuncu abzasında “73-1.2 və ya 73-1.3-cü” sözləri “73-1.2-ci” sözləri ilə əvəz edilsin.”.

     

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin sədri:                                                          Ramiz Rzayev

Baxılıb: 2524
Paylaş