Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

Bölmə: Xəbərlər 27.06.2022 15:00
  • 2022-ci il iyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.

    Seminarda “Pandemiya dövründə insan hüquqlarına qoyulan məhdudiyyətlər”ə, “Pandemiya zamanı dövlətlərin üzərinə düşən pozitiv öhdəliklər”ə, “Məhkəmələrdə icraat: yerli məhkəmələrin təcrübəsi”nə həsr olunmuş məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

    Seminardan sonra həmin gün axşam saatlarında təntənəli mərasim keçirilmişdir.

    Mərasimdə Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropulun müraciəti dinlənilib.

    Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç çıxış etmişlər.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.

Baxılıb: 2267
Paylaş