Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Tovuzda vətəndaşları qəbul edəcək

Bölmə: Xəbərlər 7.07.2022 12:09
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyulun 15-də Tovuz rayonunda Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Vətəndaşların qəbulu Tovuz Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Tovuz şəhəri, A.Qasımov küçəsi 17) saat 10:00-da başlanacaq.

    Vətəndaşlar qəbula Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayon məhkəmələrində  (əlaqə telefonları:  (077) 322-02-32, (077) 301-35-35, (050) 420-45-99və (051) 516-30-30), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az  elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Baxılıb: 2013
Paylaş