Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Zəngilanın Ağalı kəndində təşkil olunan konfransda iştirak edib
Bölmə: Xəbərlər24.08.2022 15:00
2022-ci il avqustun 24-də Zəngilan rayonunun Ağalı kəndində dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda keçirilmiş konfransda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov iştirak etmişdir.
Ç.Əsgərov konfransda çıxış edərək vurğulayıb ki, ölkəmizin ərazisində ilk ağıllı kənd olan Ağalı kəndi Azərbaycan dövlətinin işğaldan azad edilmiş əraziləri ən müasir formada bərpa etmək, bütün yaşayış məntəqələrini yenidən qurmaq əzmində olduğunu əyani nümayiş etdirir.
Ali Məhkəmənin sədr müavini qeyd edib ki, ölkəmizə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində görülən işlər həm Ulu Öndər Heydər Əliyevin, həm möhtərəm cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuş və bunun üçün sosial, iqtisadi sahələrlə bərabər, hüquqi müstəvidə zəruri tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduqdan dərhal sonra Azərbaycan vəkillərinin dəstəyi ilə o zaman işğal altında olmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərin Ermənistana qarşı şikayətlərinin hazırlanmasına başlanıldığını və onların Avropa Məhkəməsinə göndərildiyini bildirən Ali Məhkəmənin sədr müavini konfrans iştirakçılarının diqqətini Çıraqov və digərlərinin Ermənistana qarşı şikayəti üzrə Avropa Məhkəməsinin 2015-ci il 16 iyun tarixli yekun qərarına cəlb etdi.
Bu qərarda Azərbaycan vətəndaşlarının şəxsi və ailə həyatına hörmət və mülkiyyət hüquqlarının Ermənistan Respublikası tərəfindən pozulması müəyyən edilərək maliyyə kompensasiyası təyin edildiyini və bu qərarın Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazisinin işğal olunmasını tanıyan ilk beynəlxalq məhkəmə qərarı olduğunu bildirən Ali Məhkəmənin sədr müavini qərarın qüvvəyə minməsindən xeyli vaxt ötməsinə baxmayaraq, Ermənistanın ərizəçilərə təzminat ödəməkdən boyun qaçırdığını və bu səbəbdən Azərbaycan tərəfinin Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurasının Nazirlər Komitəsində müvafiq tədbirlərə başladığını qeyd edib.
Çingiz Əsgərov həmçinin Azərbaycan dövləti tərəfindən Avropa Məhkəməsinə verilən Ermənistana qarşı dövlətlərarası şikayət barədə konfrans iştirakçılarına geniş məlumat verərək xüsusilə vurğuladı ki, şikayətin əsas mahiyyəti məhz hərbi təcavüz nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın konvensiyada nəzərdə tutulmuş insan hüquqlarının pozulmasına görə Ermənistanın hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsidir.
Ali Məhkəmənin sədr müavini bildirib ki, dövlətlərarası şikayətdə işğal dövründə Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayış evlərinin, təhsil və dini müəssisələrin, qəbiristanlıqların, təbiət və digər sosial obyektlərin məhv edilməsi faktları ətraflı təqdim edilir, buna görə Azərbaycan vətəndaşlarının Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarının pozulması bildirilir.
Ermənistan Respublikasının bu günlərdə yenə belə qanunsuz əməllərə yol veridiyini təəssüflə qeyd edən Çingiz Əsgərov bütün bunlara baxmayaraq, Azərbaycan tərəfindən görülən işlər, o cümlədən beynəlxalq məhkəmələrdə aparılan iş, Ermənistandan fərqli olaraq, bölgədə məhz sülhün bərqərar olmasına, ədalətin təmin olunmasına xidmət etdiyinə əmin olduğunu bildirib.