Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Plenumu haqqında məlumat

Bölmə: Plenum iclasları 30.09.2022 10:00
  • 30 sentyabr 2022-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Plenumda Azərbaycan Respublikası Baş Prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və digər maddələri  ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar 12-1(102)-8/2022 və 12-1(102)-10/2022 saylı cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.  

    Plenumda digər konkret işlərə də baxılmışdır.

Baxılıb: 2062
Paylaş