Azərbaycan Respublikası Ali Məhkəməsi


Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 10.10.2022 11:45
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin oktyabrın 14-də saat 10:00-da Qəbələ Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 58) Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-20 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

    Qəbula qeydiyyat 2022-ci il 13 oktyabr, saat 18:00-da başa çatır.

Baxılıb: 983
Paylaş