Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə CEPEJ ekspertərinin iştirakı ilə seminar öz işinə başlayıb

Bölmə: Xəbərlər 24.11.2022 13:32
  • 2022-ci il 23 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Ali Məhkəməsində Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi əsasında “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində  “CEPEJ metodologiyaları və alətləri əsasında Ali Məhkəmənin işinin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilir.

    Seminarın keçirilməsində əsas məqsəd Ali Məhkəmənin işinin təhlil edilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.

    Seminar çərçivəsində CEPEJ ekspertləri Gürcüstan Ali Məhkəməsinin hakimi Nino Bakakuri, Sloveniya Respublikası Ali Məhkəməsinin Aparat rəhbəri Rado Brezovar və Simone Ginzburgun iştirakı ilə Ali Məhkəmə Aparatının struktur bölmələrinin əməkdaşları tərəfindən Ali Məhkəmədə tətbiq olunan informasiya texnologiyaları, məhkəmə təcrübəsinin təhlili, məhkəmə statistikasının aparılması və məhkəmə işlərinin idarəedilməsi barədə təqdimatları dinlənilib.

    Seminar çərçivəsində CEPEJ ekspertləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklif və tövsiyələri dinlənilib.

    Seminar noyabrın 25-dək davam edəcək.

Baxılıb: 480
Paylaş