Azərbaycan Respublikası Ali Məhkəməsi


Yevlax, Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 9.01.2023 11:27
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yanvarın 13-də saat 10:00-da Yevlax Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Yevlax rayonu, C.Cabbarlı küçəsi, 9) Yevlax, Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

    Qəbula qeydiyyat 2023-cü il yanvarın 12-də saat 18:00-da başa çatır.

Baxılıb: 410
Paylaş