Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə açıq qapı günləri davam edir

Bölmə: Xəbərlər 16.01.2023 11:22
  • 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

    2023-cü il yanvarın 13-də Ali Məhkəmə tədbirlər çərçivəsində növbəti dəfə vətəndaşlar üçün öz qapılarını açmışdır.

    Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət etmişlər.

    Ali Məhkəmə ilə tanışlıq çərçivəsində Kommersiya kollegiyasının hakimi Bəhram Məmmədli və Aparat rəhbərinin müavini Orxan Musayev vətəndaşlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, məhkəmənin iş rejimi və sair barədə məlumatlar vermiş, vətəndaşların suallarını cavablandırmışlar.

    Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilmişdir.

    Sonda qonaqlar xoş təəssüratlarını bölüşmüş, tanışlıq səfərinin yüksək səviyyədə təşkili üçün Ali Məhkəmənin rəhbərliyinə təşəkkürlərini bildirmiş, xatirə fotoşəkli çəkdirmişlər.

Baxılıb: 337
Paylaş