Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin kollektivi Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olmuşlar

Bölmə: Xəbərlər 11.02.2023 15:29
  • 2023-cü ildə Azərbaycan Ali Məhkəməsinin fəaliyyətinin 100 ili tamam olur. Eyni zamanda Ali Məhkəmənin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağldır.

    Bu münasibətlə, fevralın 11-də Ali Məhkəmənin hakimləri və aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini yad etmişlər. Həmçinin, Şəhidlər Xiyabanına gələrək Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzmüşlər.

Baxılıb: 1163
Paylaş