Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmə süni intellektin məhkəmə sisteminə inteqrasiyası ilə bağlı əməkdaşlıq proqramına start verib

Bölmə: Xəbərlər 6.03.2023 17:58
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi süni intellektin məhkəmə sisteminə inteqrasiyası və bu istiqamətdə aparılan işlərin effektivliyinin yüksəldilməsi və inkişafı məqsədilə hüquq ictimaiyyətini və vətəndaş cəmiyyətini əməkdaşlığa dəvət edir. Bununla əlaqədar olaraq, məhkəmələr, maraqlı qurumlar və şəxslər təkliflərini project.ai@supremecourt.gov.az elektron poçt ünvanına göndərə və Ali Məhkəmənin internet səhifəsində qeydiyyatdan keçməklə hər həftənin cümə günü saat 15:00-da Ali Məhkəmə Aparatının Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinin rəhbərliyinin iştirakı ilə təşkil ediləcək müzakirələrdə iştirak edə bilərlər.

     

    Qeydiyyat: https://supremecourt.gov.az/siteform/opendays

Baxılıb: 406
Paylaş