Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer ilə görüş
Bölmə: Xəbərlər18.05.2011 12:35
2011-ci il mayın 18-də ölkəmizdə səfərdə olan Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Avropa ailəsinin bir üzvüdür və Avropa Şurasına üzv olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Ali Məhkəmənin sədri bildirmişdir ki, Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri Azərbaycanla zəngin hüquq ənənələrinə malik Fransanın məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrinin yaranmasından məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin Ədliyyə və Məhkəmə sistemləri arasında əməkdaşlığının daha da genişlənəcəyinə və inkişafına xidmət edcəyini vurğulamışdır.
Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi iki ölkə arasında qarşlıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Fransalı qonaq Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşdur.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyerə təşəkkürünü bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.