2011-ci il mayın 3-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Baş Prokuroru Rəşidjon Kadırovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Özbəkistan Respublikası Baş Prokurorunun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. Həmçinin Azərbaycanla dost Özbəkistanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin Müstəqil Dövlətlər Birliyi, eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini və genişləndiyini vurğulamışdır.
Ali Məhkəmənin sədri həmçinin respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Özbəkistan Respublikası Baş Prokurorunun Azərbaycana səfəri prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Dost ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni perespektivlərini açacaqdır.
Özbəkistanın Baş Prokuroru Rəşidjon Kadırov son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəsürrat yaratdığını bildirmişdir. O, ölkəsində həyata keçirilən hüquq islahatlarından və Prokurorluğun fəaliyyət dairəsindən söhbət açmışdır. Özbəkistanın Baş Prokuroru Rəşidjon Kadırov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Özbəkistanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, bu tanışlığın onlarda xoş təəssurat yaratdığını bildirmişlər. Məhkəmə tarixi muzeyinə baxan Özbəkistanın Baş Prokuroru Rəşidjon Kadırov Xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın Prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Özbəkistanın Baş Prokuroruna və nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurla arzulamışdır.