Gürcüstan Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
Bölmə: Xəbərlər29.04.2011 12:35
2011-ci il aprelin 29-da ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Ədliyyə Naziri - Baş Prokuroru Zurab Adeişvilinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycan və Gürcüstanın bütün sahələrdə olduğu kimi ədliyyə, prokurorluq orqanları və məhkəmə sistemləri arasında da çox işgüzar əlaqələrin yarandığını, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.
Ali Məhkəmənin sədri həmçinin son illər respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Gürcüstan Respublikası Ədliyyə Nazirinin - Baş Prokurorunun Azərbaycana səfəri ədliyyə, prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Dost və qonşu ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni perespektivlərini açacaqdır.
Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru Zurab Adeişvili 2007-ci ildə Azərbaycanda olarkən Ali Məhkəmənin sədri ilə keçirdiyi görüşü xatırlamış, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəsürrat yaratdığını bildirmişdir. Zurab Adeişvili ölkəsində həyata keçirilən hüquq islahatlarından söhbət açmış, Gürcüstandakı Hüquqi Yardım İnstitutunun fəaliyyətini xüsusi qeyd etmişdir.
Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru Zurab Adeişvili iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Gürcüstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Gürcüstanın Ədliyyə Naziri-Baş Prokuroru Zurab Adeişvili Xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın Prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Gürcüstanın Ədliyyə Nazirinə-Baş Prokuroruna və nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurla arzulamışdır.