Litva Respublikasının Baş Prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius ilə görüş
Bölmə: Xəbərlər27.04.2011 12:35
2011-ci il aprelin 27-də ölkəmizdə səfərdə olan Litva Respublikasının Baş Prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri Azərbaycanla Litvanın bir sıra sahələrdə olduğu kimi, prokurorluq orqanları və məhkəmə hüquq sistemləri arasında da işgüzar əlaqələrinnin yarandığından məmnunluğunu ifadə etmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə Litva Respublikası Xüsusi İstintaq Xidməti arasında əməkdaşlıq haqqında sazişin və əməkdaşlıq proqramının imzalanmasının hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə və inkişafına xidmət edəcəyini bildirmişdir.
Litva Respublikasının Baş Prokuroru Darius Valis öz ölkəsində prokurorluq və məhkəmə sisteminin fəaliyyət dairəsi barədə məlumat vermiş, Azərbaycan və Litva arasında yaranan əməkdaşlıqdan razı qaldığını vurğulamışdır.
Litvalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Litvanın Baş Prokuroru Darius Valis Xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Litva Respublikasının Baş Prokuroruna və Xüsusi İstintaq Xidmətinin baş direktoruna təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.