Mərakeşin Ədliyyə nazirinin başçiliq etdiyi nümayəndə heyəti Ali məhkəmədə olmuşdur
Bölmə: Xəbərlər18.03.2011 12:35
2011-ci il martın 18-də ölkəmizdə səfərdə olan Mərakeşin Ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.
Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Azərbaycanın Mərakeş Krallığı ilə işgüzar əlaqələrinin yaranmasından razılıq ifadə edən Ali Məhkəmənin sədri əmin olunduğunu bildirmişdir ki, Mərakeşin Ədliyyə nazirinin Azərbaycana səfəri ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Mərakeş Kralliğının məhkəmə sistemi haqqında ətraflı danışan Ədliyyə naziri Məhəmməd Nəsiri iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mərakeşli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Mərakeşin Ədliyyə naziri xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Mərakeşin Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.