Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 22.01.2016
Bölmə: Plenum iclasları22.01.2016 12:35
22 yanvar 2016-cı ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış, elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin və məhkəmə kassasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2015-ci il ərzində vətəndaşlarının hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.
Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilmiş, bir o qədər də inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır.
Ali Məhkəmənin sədri vurğulamışdır ki, 4 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütun hüquqşunaslar üçün tarixi hadisədir. Bu, məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi kimi qiymətləndirilməlidir.
Açılış zamanı cənab Prezident İlham Əliyev dərin məzmunlu, proqram xarakterli çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoymuş, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin rolunu xüsusi olaraq qeyd etmiş və bildirmişdir ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır.
Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar.
Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2015-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2015-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015- ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artmışdır. Mülki kollegiyada 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artma müşahidə olunmuşdur. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalmışdır.
Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdısa, 2015-ci ildə bu rəqəm 9404 olmuşdur. Yəni 8,5 faiz artmışdır. Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalmışdır.
2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəmənin Plenumunun 2015-ci ildə 5 iclası keçirilmiş, 12 qərar qəbul edilmışdır.
Plenumda Ali Məhkəmənin 2016-cı ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
Plenumda konkret cinayət və mülki işlərə baxılmışdır.
Plenumda müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
22 yanvar 2016-cı il tarixli iclasında baxılmış işlər üzrə
M Ə L U M A T
1.Abdullayev Orxan Əhəd oğlunun Azərbaycan Respublikası CM-nin 188 və 127.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorunun əlavə kassasiya protesti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Abdullayeva Nərminə Əlican qızının və Abdullayev Orxan Əhəd oğlunun barəsində olan 13 oktyabr 2015-ci il tarixli qərarının Orxan Abdullayevə aid hissədə dəyişdirilməsi, Abdullayev Orxan Əhəd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəza - Orxan Abdullayevə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri daha ciddi cəza - Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə ilə əhatə olunması və O.Abdullayevə cinayətlərin məcmusu üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, O.Ə.Abdullayevin şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün onun cəzasından çıxılması və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması və qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
2. İddiaçı Nəcəfov Yusif Abbas oğlunun cavabdehlər “Kapitol” firmasına və “Kapitol” Mənzil Tikinti Kooperativinə qarşı pay hüququnun tanınması, təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifələrinin cavabdehlərə həvalə edilməsi, dəymiş ziyanın ödənilməsi, “Kapitol” MTK-nın üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli 2(102)-2098/2015 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2015-ci il tarixli 2(103)-463/2015 saylı qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3.İddiaçı Barder H.Alrodanın cavabdehlər Bakı şəhər 46 saylı Notariat Kontoruna və Əlizadə Hakim Məmmədəli oğluna qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin təqdimatına əsasən baxılmış, təqdimat təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 29 yanvar 2015-ci il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MK-nın 09 sentyabr 2014-cü qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçılar Cəlilova Sima İrza qızı, Murtuzova Ulduz Quruş qızı və Rəcəbov Fikrət Yusif oğlunun cavabdeh Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı vəzifəli şəxsin hərəkətindən şikayətə dair mülki işə iddiaçılar Cəlilova Sima İrza qızı və Murtuzova Ulduz Quruş qızı tərəfindən verilmiş əlavə kassasiya şikayətinə əsasən baxılmış, əlavə kassasiya şikayəti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 04 aprel 2013-cü il tarixli, 2(102)-1023/2013 saylı qərarının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2012-ci il tarixli, 2(103)-5464/2012 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması qərara alınmışdır.