Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 28.03.2016
Bölmə: Plenum iclasları28.03.2016 12:35
28 mart 2016-cı ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı, valideynlərə hörmət əlamətləri ilə seçilmişdir.
Nigah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları həm milli qaninvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”ndə, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Paktda, “Uşaq hüquqları haqqında” Konvensiyada, həmçinin “İnsan hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyada nigah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəalar yer almaqla yanaşı, bu sahədə dövlətlərin öhdəlikləri də müəyyənləşdirilmişdir.
Qeyd edilmişdir ki, respublikamızda 2015-ci ildə nigahların pozulması və etibarsız hesab edilməsi ilə bağlı 11.281 işə baxılmışdır ki, bu da əvvəlki ilə nisbətən 4,5 faiz artımla müşahidə olunmuşdur. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qəbul etdiyi qərarlar ədalətli olmalıdır. Ailə münasibətləri, o cümlədən nigahın pozulması daha çox şəxsi xarakter daşıdığına, ər və arvadın qarşılıqlı, bir qədər də, başqalarına məlum olmayan, onların ikisinə aid münasibətlərlə bağlı olduğuna görə bu xarakterli işlərdə tərəflərin, yəni ər və arvadın prosesdə şəxsən iştirakına diqqət yetirilməli, onların məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilib-edilməməsi, məhkəmə iclasına gəlməməsinin səbəbləri araşdırılmalı, nigahın pozulmasına münasibətləri müəyyən edilərək zəruri hallarda işə baxılmasının qanunla müəyyən edilmiş müddətdə təxirə salınmasına riayət olunmalıdır.
Plenumda Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılmışdır.
Xüsusi vurğulanmışdır ki, nigah pozularkən birgə nigahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə, nigahın pozulması hallarında alimentin düzgün müəyyənləşdirilməlidir.
Plenumda məhkəmələr tərəfindən nigahın pozulması və aliment tələbləri ilə bağlı işlərə baxılarkən qanunvericiliyin vahid qaydada və düzgün tətbiq olunmasını təmin etmək üçün müvafiq qərar qəbul edilmişdir.
Plenum “Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara almışdır.
Plenumda həmçinin konkret cinayət və mülki işlərə də baxılmışdır.
Plenumun işində Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Dövlət və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak etmişlər.
28 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası CM-nin 179.3.2, 213.2, 192.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Əliyev Intiqam Kamil oğlunun barəsindəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarından Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralov tərəfindən verilmiş əlavə kassasiya qaydasında protestə baxaraq həmin protesti təmin etmiş və göstərilən qərar dəyişdirilməklə I.K.Əliyevə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Plenumun qərarı ilə I.Əliyev dərhal həbsdən azad olunmuşdur
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
28 mart 2016-cı il tarixli iclasında baxılmış işlər üzrə
M Ə L U M A T
1.Əliyev İntiqam Kamil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorunun əlavə kassasiya protestinə əsasən baxılmış, Azərbaycan Respublikası Baş prokurorunun əlavə kassasiya qaydasında protesti təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarının dəyişdirilməsi, qəti əsas cəza qismində təyin edilmiş 7 il 6 ay mqddətə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi, İntiqam Əliyevə 5 il sınaq müddəti təyin edilməsi, İntiqam Əliyev dərhal azad edilməsi,sınaq müddəti ərzində İntiqam Əliyevin üzərində nəzarətin həyata keçirilməsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
2. İddiaçı Həsənova Mehriban Hüseyn qızının cavabdeh Həsənova Gülrüx Sənhan qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və “Təməl-N” Mənzil Tikinti Kooperativinə qarşı “əqdin yalan əqd hesab edilməsi, mənzil orderinin adına dəyişdirilməsi” tələbinə dair mülki işə iddiaçı Həsənova Mehriban Hüseyn qızı tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, Həsənova Mehriban Hüseyn qızının yeni açılmış hal barədə ərizəsi təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2(102)-3892/12 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.
3. İddiaçı Quliyev Nazim Adil oğlunun cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər İdrisov Tariyel Məhəmməd oğluna və Hacıyev Natiq Mikayıl oğluna qarşı sərəncamın etibarsız hesab edilməsi və tikilinin sökülməsi tələbinə dair inzibati işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-1423/2014 saylı, 09 dekabr 2014-cü il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-07/2014 saylı, 13 avqust 2014-ci il tarixli qərarının ləğv edilərək işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçılar Sarıyev Vaqif Lələkişi oğlu, Həmidov Nadir Lələkişi oğlu, Həmidova Sima Araz qızı, Verdiyeva Yeganə Qasım qızı və Sarıyeva Bülüryand Yunis qızının cavabdehlər Bayramov Fəxrəddin Arif oğlu, Həmzəyev Rza Mirzə oğlu və Alıyev Nurəddin Vəliş oğluna qarşı icarə müqavilələrinin, torpaq sahəsinin kadastr planlarının ləğv edilməsi, torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi, cavabdehin mövcud ərazidən çıxarılması, maddi və mənəvi zərərin ödənilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə cavabdeh Bayramov Fəxrəddin Arif oğlu tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, Bayramov Fəxrəddin Arif oğlunun yeni açılmış hallar üzrə ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2013-cü il tarixli qərarı, onunla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2012-ci il tarixli, 2(104)-98/2012 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.