25 yanvar 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, ötən il ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq Ali Məhkəmədə informasiya texnologiyaları şöbəsi yaradılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşmışdır. Əvvəlki illərlə müqayisədə 2009-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin sədri eyni zamanda qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2009-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2009-ci ildə məhkəmə kollegiyalarının fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma müşahidə olunmuşdur. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz azalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz artmışdır.
Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə 4 min 862 işə baxılmışdır. Bu da 2008-ci ildə baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilmişdir.
2009-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdirsə, 2009-ci ildə 21 min 162 müraciət edilmişdir ki, bu da 1 min 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalmışdır.
Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi sayəsində mümkün olmuşdur.
Plenumda Ali Məhkəmənin 2010-cu ilin I yarısına dair iş planı təsdiq edilmişdir.
Plenum konkret cinayət və mülki işlərə də baxmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.