Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 16.12.2016

Bölmə: Plenum iclasları 16.12.2016 12:35
  •      16 dekabr 2016-cı ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

         Plenumda konkret işlərə baxılmışdır. 

     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    16 dekabr 2016-cı il tarixli iclasında baxılmış  işlər üzrə

    M Ə L U M A TI

    1.İddiaçılar Pospix Nəzakət Soltanmahmud qızı və digərlərinin cavabdehlər Yaqubova Səbirə Mehdi qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 5 sentyabr 2014-cü tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    2.İddiaçı Qara-Qaya Assosiasiyasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı aktın və qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının iş üzrə 14 avqust 2015-ci il tarixli, 2-1(102)-324/15 saylı qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2014-cü il tarixli, 2-1(103)-1309/2014) saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    3. İddiaçı “Savalan” ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-49/2016 saylı, 9 fevral 2016-cı il tarixli qərarı ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2015 saylı, 7 iyul 2015-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün işin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsi qərara alınmışdır.

    4. İddiaçı Abbasova Solmaz Həsən qızının cavabdehlər Hüseynov Cabir Mirzə oğluna və Nəzərova Zəminə Misirxan  qızına qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılması və iddiaçının oğlu ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 04 noyabr 2015-ci il tarixli 13(102)-189/2015 saylı qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Ali Məhkəmənin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinə göndərilməsi qərara alınmışdır.

    5. İddiaçı Əliyev Elfak Akif oğlunun cavabdeh “Azər-Ross İK” MTK-ya qarşı tərəflərin arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi, daşınmaz əmlakın təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair və “Azər-Ross İK” MTK-nın cavabdeh  mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına əsasən baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06  noyabr 2015-ci il tarixli 2(102)-4534/2015 saylı qərarından Axundova Yelena Viktorovnanın işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi müraciəti əsasında Ali Məhkəmənin sədrinin verdiyi təqdimatın təmin edilməməsi qərara alınmışdır

     6.İddiaçı Avanqard İnşaat MTK-nın 196 saylı MTK-ya qarşı pul tələbi, mənzillərin sahibliyə verilməsi və zərərin ödənilməsi tələbinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına əsasən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli 2-2(102)-349/14 saylı qərarının qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m olan 3 otaqlı 54 saylı mənzilin “Avanqard İnşaat” MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilməsi, işin həmin hissəyə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına  göndərilməsi qərara alınmışdır.

    7.  İddiaçı Azər Kalsi Kompani MMC-nin cavabdeh M.R.Kemikal MMC-yə və 3-cü şəxs Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoruna qarşı payın aqlı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə cavabdeh tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəyə əsasən baxılmış, cavabdeh “M.R.Kemikal” MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iq (82)-800/2013 saylı iş üzrə 03 iyun 2013-cü il tarixli qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-51/2014 saylı iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-231/14 saylı iş üzrə 30 oktyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    8.  İddiaçı Həsənzadə Mikayıl Müzəffər oğlunun cavabdeh Həsənzadə Dilarə Müzəffər qızına qarşı torpaq və yaşayış sahəsinə payın müəyyən edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına əsasən baxılmış, təqdimat təmin edilərək Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-267/2015 saylı 21 yanvar  2015-ci il tarixli və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4329/2014 saylı  9 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    9.  İddiaçı Yusubova Sima Abram qızının cavabdeh “Galaxy Palace” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pulun tutulması tələbinə dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına əsasən baxılmış,Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart  2016-cı il tarixli 2(102)-1223/2016 saylı qərarından Məmmədova Nərminə Tofiq qızının işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi müraciəti əsasında Ali Məhkəmənin sədrinin verdiyi təqdimatın təmin edilməməsi, pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının Məmmədova Nərminə Tofiq qızına izah edilməsi qərara alınmışdır.

Baxılıb: 1392
Paylaş