Dünya bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
Bölmə: Xəbərlər10.02.2017 12:35
2017-ci il fevralın 10-da ölkəmizdə səfərdə olan Dünya bankının Azərbaycan üzrə Ölkə Meneceri Naveed Naqvinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənmişdir.
Ali Məhkəmənin sədri daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 2017-ci il yanvarın 1-dən Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası öz fəaliyyətini elektron qaydalar əsasında həyata keçirir. Əlbəttə, bütün bu işlər Dünya Bankı ilə səmərəli iş birliyi sayəsində həyata keçirilir.
Nümayəndə heyətinin başçısı Naveed Naqvi Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi ilə bağlı görülən işlərdən, bu işlərin görülməsinə müəyyən töhfə verdiklərindən məmnun oldularını və Məhkəmə İnfrastrukturu Layihəsini bir daha dəstəkləmək və aralıq qiymətləndirilməsini aparmaq məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.