20 dekabr 2017-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. Plenumda konkret işlərə baxılmışdır.
1. Borclu Piriyev Fərhad İman oğluna məxsus əmlakın üzərinə həbs qoyulmasına dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı əsasında baxılmış, təqdimatın təmin edilməsi, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 23 fevral 2017-ci il tarixli, 2(102)-1111/2017 saylı qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 noyabr 2016-cı il tarixli, 8(103)-674/2016 saylı qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
2. İddiaçı Allahverdiyev Amil Məhəmmədəli oğlunun cavabdehlər Alışzadə Ruslan Əlican oğluna, Abaszadə Mimövsüm Seyidhüseyn oğluna, Şirvan şəhər 2 saylı Dövlət Notariat Kontoruna qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin təqdimatı əsasında baxılmış,təqdimatın təmin edilməsi,iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 26 may 2016-cı il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cavabdeh Sarıyeva Tərlan İdris qızına qarşı qeyri-yaşayış sahəsində küçəyə özbaşına açılmış qapının bağlanması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Sarıyeva Tərlan İdris qızının yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizənin təmin edilməsi, iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.11.2012-ci il tarixli 2(009)-2314/2012 nömrəli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2014-cü il tarixli 2(103)-3308/2014 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.11.2014-cü il tarixli 2(102)-4442/2014 nömrəli qərarının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.