11 noyabr 2010-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbədənkənar Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Plenum iclasını giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar və cəmiyyətimizin dinamik inkişafı nəticəsində təbii ki, məhkəmələrin də iş həcmi artmış, məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində tapşırıqlarının icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Yeni qanunvericiliyə uyğun olaraq hakimlərin seçilməsinin yeni qaydası müəyyən edilmiş və müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmışdır.
Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən Bakı şəhərində yerləşən respublika apellyasiya və iqtisad məhkəmələri ləğv edilərək ölkənin bütün bölgələrini əhatə edən beş yeni regional Apellyasiya Məhkəməsi, əlavə olaraq üç yerli İqtisad Məhkəməsi təşkil edilmiş və 2007-ci ildən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklər məhkəmə sisteminin daha da təkmilləşdirilməsini şərtləndirmişdir.
Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr-Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələri, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.
Məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır. Bununla əlaqədar hakim ştatlarının sayı son illər ərzində 50 faiz, o cümlədən cari ilin avqust ayında 25 faiz artırılaraq 600-ə çatdırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmış, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilərək bu ştatların məhkəmələr arasında bölgüsü Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir.
Plenumda qeyd edilmişdir ki, son illər ərzində hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 27-dən 41-ə, Apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə iki dəfədən çox artırılaraq 63-dən 135-ə çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu gün bu rəqəm 97 təşkil edir. Respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı da xeyli artırılmışdır.
Bu isə öz növbəsində hakimlərin iş yükünü azaldır, nəticə etibarı ilə işlərə daha keyfiyyətli baxılır, yol verilən süründürməçilik və digər pozuntular aradan qaldırılır.
Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, o cümlədən ötən ay qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq onlara əlavə təminatlar nəzərdə tutulmuşdur.
Məhkəmə fəaliyyətinin müstəqilliyinin təmin edilməsində, hakimlərin seçilməsi və təyinatı prosesi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.
Son illər ərzində çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan hakimlərin seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 nəfər seçilərək hakim vəzifəsinə təyin olunmuşdur. Hazırda Apellyasiya Məhkəmələri hakimlərinin 30 faizə qədərinin, birinci instansiya məhkəmələri hakimlərinin 60 faizdən çoxunu məhz bu hakimlər təşkil edir.
Plenumda respublikanın birinci instansiya məhkəmələrinə yeni təyin olunmuş hakimlər Məhkəmələr və Hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranmalarına and içmişlər.
Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyyə etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Plenum konkret cinayət və mülki işlərə də baxmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov iştirak etmişlər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni təyin olunmuş hakimlərin andiçmə mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayevin giriş sözü
Hörmətli həmkarlar!
Hörmətli qonaqlar!
Ölkəmizdə həyata keçirilən köklü islahatlar və cəmiyyətimizin dinamik inkişafı nəticəsində təbii ki, məhkəmələrində iş həcmi artmış, məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində tapşırıqlarının icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Bildiyiniz kimi, yeni qanunvericiliyə uyğun olaraq hakimlərin seçilməsinin yeni qaydası müəyyən edilmiş və müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmışdır.
Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən Bakı şəhərində yerləşən respublika apellyasiya və iqtisad məhkəmələri ləğv edilərək ölkənin bütün bölgələrini əhatə edən beş yeni regional Apellyasiya Məhkəməsi, əlavə olaraq üç yerli İqtisad Məhkəməsi təşkil edilmiş və 2007-ci ildən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklər məhkəmə sisteminin daha da təkmilləşdirilməsini şərtləndirmişdir.
Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr-Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələri, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmiş, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilərək 600 ştat vahidinə qaldırılmış və ümumi ştat sayının məhkəmələr arasında bölgüsü Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir.
Məlumdur ki, məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır. Bununla əlaqədar hakim ştatlarının sayı çox illər ərzində 50 faiz, o cümlədən cari ilin avqust ayında 25 faiz artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmışdır.
Son illər hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 27-dən 41-ə, Apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə iki dəfədən çox artırılaraq 63-dən 135-ə çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu gün bu rəqəm 97 təşkil edir. Respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı da xeyli artırılmışdır.
Bu isə öz növbəsində hakimlərin iş yükünü azaldır, nəticə etibarı ilə işlərə daha keyfiyyətli baxılır, yol verilən süründürməçilik və digər pozuntular aradan qaldırılır.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli Qanunun tətbiq edilməsi haqqında 2010-cu il 19 oktyabr tarixində Sərəncam imzalamışdır. Həmin Qanunun 106-cı maddəsinə əsasən Ali Məhkəmənin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, Apellyasiya instansiyası Məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Həmçinin hakimlərə iki aylıq əmək haqqı məbləğində müavinət verilir.
Bu Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir.
Məhkəmə fəaliyyətinin müstəqilliyinin təmin edilməsində, hakimlərin seçilməsi və təyinatı prosesi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.
Son illər ərzində çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan hakimlərin seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 nəfər seçilərək hakim vəzifəsinə təyin olunmuşdur. Qeyd edim ki, hazırda Apellyasiya Məhkəmələri hakimlərinin 30 faizə qədərinin, birinci instansiya məhkəmələri hakimlərinin 60 faizdən çoxunu məhz bu hakimlər təşkil edir.
Bu gün respublikanın birinci instansiya məhkəmələrinə yeni təyin olunmuş 78 hakim and içəçək və şərəfli vəzifələrinin icrasına başlayacaqdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni təyin olunmuş hakimlərin andiçmə mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayevin yekun sözü
Hörmətli həmkarlar!
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 95-ci maddəsinə müvafiq olaraq Sizin hakimlik səlahiyyətiniz and içdiyiniz vaxtdan başladı.
Bu münasibətlə, mən sizin hər birinizi təbrik edirəm və bu şərəfli vəzifənizi ləyaqətlə icra edəcəyinizə ümüdvar olduğumu bildirmək istəyirəm.
Güman edirəm ki, bu dövr ərzində Sizlərdən hər biriniz özünüzə belə bir sual vermisiniz: “Hakim kimi mənim vəzifə borcum nədən ibarət olacaq?"
Bu suala mübahisəni həll etmək üçün qanun normasını müəyyən etmək, mübahisələri düzgün və obyektiv araşdırmaq, qanunların ümümilikdə qəbul olunmuş şərhinə və onların tətbiqi təcrübəsinə riayət etmək kimi ən müxtəlif cavablar eşitmək olar.
Zənnimcə, müasir hakim elə formalaşmış şəxsiyyət olmalıdır ki, tətbiq etdiyi qanun normasının demokratik dəyərlərini və üstünlüklərini qiymətləndirmək, eləcə də qanun norması ilə zamanın tələbi arasında körpü yaratmaq qabiliyyətinə malik olsun. Məhz qanunlara və onların tətbiqinə canlı vücud kimi bu tərzdə yanaşma, cəmiyyətin tərəqqisinə təkan verməklə, qanunların aliliyini daha mükəmməl şəkildə təsdiq etmiş olar.
Demokratik cəmiyyətdə məhkəmənin üzərinə düşən vəzifə əsasən qanunların tətbiqi və şərhindən ibarətdir ki, bunun əsasında da sözün geniş mənasında cəmiyyətdə haqq-ədalətin hansı səviyyədə olması müəyyənləşdirilir.
Əlbəttdə, bu tələblərin həyata keçirilməsi hakimlərin müstəqilliyindən çox asılıdır.
Məhkəmə hakimiyyətinin müstəqilliyindən bəhs edən vacib konstitusiya prinsiplərindən danışarkən obyektiv olaraq heç bir orqandan, vəzifəli şəxsdən, ətraf təsirdən, ictimai fikirdən, asılılığın olmaması və dəyişməzlik, toxunulmazlıq kimi aspektlər başa düşülməlidir.
Hakimlərin müstəqilliyi onların daxilən və ruhən azad və müstəqil olmalarından asılıdır.
Müstəqil məhkəmə hakimiyyəti hüquqi dövlətin əsasıdır.
Hüquqi dövlət olmadan müstəqil məhkəmə ola bilməz, müstəqil məhkəməsiz də hüquqi dövlət .
Lakin bu prinsiplər, ədalət mühakiməsinin başlıca məqsədi olan obyektivlik və ədalətlilik prinsipləri ilə birgə təmin olunmursa, məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətindən söhbət gedə bilməz.
Hakimlərin obyektivliyi, qərəzsizliyi və ədalətliliyi məhkəmə hakimiyyətinin daşıyıcılarına qarşı əsas tələbdir.
Məhkəmə araşdırmasının hər bir iştirakçısı hakimlərin daxili obyektivliyini hiss etməlidir.
Yeni hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, Strasburq məhkəməsinin tətbiqi təcrübəsini mənimsəmələri çox önəmlidir.
Ədalət mühakiməsinin həyata keçirilməsi səviyyəsi elə qurulmalıdır ki, məhkəmə cəmiyyətin şüurunda dövlət iradəsinin ifadəçisi kimi məcburiyyət güc və cəza orqanı deyil, cəmiyyət üzvlərinin maraqlarını ifadə edən, vətəndaşların qanun icraçılarının özbaşnalığından müdafiəsini təmin etməyə tam cavab verə bilən orqan kimi qəbul olunsun.
Ədalət mühakiməsi –xidmətçilik deyil, hakimiyyətdir və dövlətin adından hüququ tətbiq edir.
Hakim prosessual qaydaları gözləməklə məhkəmə qərarlarını əsaslı, anlamlı, başa düşülən üslubda yazmalı, insanlar tərəfindən başa düşülməyən qəliz ifadələr işlətməməlidir.
O, səbrli olmalı, emossional hisslərə qapılmamalıdır.
Hakimin məhkəmə fəaliyyəti şəffaf olmalıdır.
Hakim yüksək mədəniyyətə, geniş dünyagörüşünə, müasir intellektə malik olmalı, istər məhkəmədə, istərsə də cəmiyyətdə nümunəvi davranışı ilə seçilməlidir.
Sizləri şərəfli və mürəkkəb bir yol gözləyir.
Fəaliyyət müddətinizi uğurla başa vurmaq üçün. Siz, hakim kimi istənilən vəziyyətdə öz şərəf və ləyaqətinizi qoruyub saxlamalı, məhkəmə hakimiyyətinin statusuna və hakimin nüfuzuna zərər vuran, ədalət mühakiməsini həyata keçirərkən onun obyektivliyini və müstəqilliyini şübhə altına alan hər hansı hərəkətdən çəkinməlisiniz.
Bu işdə Sizlərə uğurlar arzulayıram.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 noyabr 2010-cu il tarixli iclasında baxılmış cinayət və mülki işlər üzrə məlumat.
1. Fətullayev Eynulla Emin oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 21 avqust 2007-ci il tarixli qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayət üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, E.E.Fətullayevin bu iş üzrə həbsdən azad edilməsi qərara alınmışdır.
2. Fətullayev Eynulla Emin oğlunun Azərbaycan Respublikası CM-nin 214.1, 283.2.2 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 03 iyun 2008-ci il tarixli qərarının onun CM-nin 214.1 və 283.2.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə məhkumun barəsindəki cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən Ağır Cinaytələrə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli hökmü ilə E.E.Fətullayevin barəsində Yasamal rayon məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi nəzərə alınaraq məhkuma birinci hökmlə və 30 oktyabr 2007-ci il tarixli hökmlə CM-nin 213.2.2-ci maddəsi ilə təyin edilmiş cəzaların qismən birləşdirilməsi və ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, E.E.Fətullayevin barəsində CM-nin 66.5-ci maddəsinin tətbiqinə dair müddəaların onun haqqında olan məhkəmə qərarlarından xaric edilməsi, E.E.Fətullayevin cəza çəkmə müddətinin əvvəlinin 03 iyul 2007-ci il tarixdən hesablanması və bu halda onun bu qərarla müəyyən edilmiş qəti cəzanı çəkib qurtarması nəzərə alınaraq, onun CPM-nin 357.0.5-ci maddəsinə əsasən hazırki iş üzrə həbsdən azad edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Seydiyev Soin Kasımoviçin Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 may 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 13 sentyabr 2005-ci il tarixli qərarının və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 14 dekabr 2004-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin İsrailin “Alfa Qlobal Enterpraysiz LTD” Şirkətinə və 3-cü şəxs “AzərTel” Birgə Müəssisəsinə qarşı birgə müəssisənin nizamnamə fondunda şəriklərə məxsus payların yeni nisbətinin müəyyən edilməsi və cavabdehə aid payın iddiaçının adına keçirilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı əsasında baxılmış, təqdimatın təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İMDİÜMK-nın 24 dekabr 2009-cu il tarixli, 2-1(102)333/09 saylı qərarının və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi İMDİÜK-nın 01 iyul 2009-cu il tarixli, 2-1(103)265 /09 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bəşirov Murtuz Həsənağa oğlunun, Tahirova Zöhrə Məmmədtahir qızının, Niftəliyeva Xanpəri Əzbulla qızının Tahirov Məmmədtahir Əlimirzə oğluna və Sadıqova Vüsalə Fikrət qızına qarşı mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə Tahirov Məmmədtahir Əlimirzə oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜK-nın 10 may 2007-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasının rədd edilməsi qərara alınmışdır.
6. Məlikov Arif Şahmirzə oğlunun və Həmidov Müşfiq Cəmil oğlunun Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlaka qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması tələbinə dair mülki işə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlavə kassasiya şikayəti əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın 15 mart 2010-cu il tarixli qərarının, bu qərarla bağlı Bakı Apellyasiya Məhkəməsi MIÜK-nın 23 oktyabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İddiaçı Cəfərov Ramiz İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı təyin olunmuş pensiyanın düzgün hesablanması və ödənilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Baş Prokurorluğunun əlavə kassasiya şikayəti əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 27 may 2010-cu il tarixli, 2(102)-1671/10 saylı qərarının və bu qərarla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 03 fevral 2010-cu il tarixli, 2(103)-1082/2010 saylı qətnaməsinin ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.